CEO-ların sevimli kitabları

864

Sizə ən məhşur CEO-ların ən sevdiyi kitab adlarını təqdim edirik. CEO olmağın yolu başlıca olaraq kitab oxumaqdan keçir. 🙂

Steve Jobs12992027_1775126159374071_1345988286_o“How Will You Measure Your Life?” – Clayton M. Christensen

Steve Jobs-un ən sevdiyi kitabı ümumi olaraq hər kəsin fərqli sahələrdə uğurlu olduğunu və bu sahələrə istiqamətlənmək lazım olduğunu anladan, bir növ insanın özündə olan potensialı kəşf etməsinə kömək edən bir kitabdır. Bütün zamanların ən vacib startapçılarından olan Jobs-un da belə bir kitabı çox sevməsi bizə sürpriz olmadı deyə bilərik.

Mark Zuckerberg
mark-zuckerberg

“Portfolios of the Poor” – Daryl Collins, Jonathan Morduch, Stuart Rutherford və Orlanda Ruthven 

23 kitabdan ibarət olan “Kitabların İli” adlı bir kitab siyahısı paylaşan Zuckerberg, bu kitaba siyahısında da yer vermişdi. Hər zaman xeyriyyə işləri ilə gündəmə gələn və sadə həyat tərzi ilə diqqət çəkən Zuckerberg-in niyə belə bir kitab seçdiyini də az-çox təxmin edə bilirik.

Bill Gatesbill-gates-433921“The Catcher in the Rye” – Jeromo David Salinger

Məncə siyahımızın ən qəribə kitabı Bill Gates-in sevdiyi bu kitabdır. Azərbaycan dilində tərcümədə “Çovdarlıqda Uçurumdan Qoruyan” adı ilə çap edilmiş kitab, ABŞ-da orta məktəblərdə ən çox qadağan edilən kitab olmasına baxmayaraq eyni zamanda ən çox oxudulan kitablardan biridir. Gates uşaqlıq illərində kitabı oxumamış olsa belə, kitabdan ətrafındakı hərkəsə “ən sevdiyim kitab” olaraq söz edirmiş.

Elon Musk636030757259556361-1129479309_elon-musk“Benjam An American Life”in Franklin: –  Walter Isaacson 

Yazar, alim, siyasətçi, diplomat, kaşif, filosof… Bütün bu xüsusiyyətləri özündə toplayan, xüsusilə ABŞ üçün böyük bir şəxsiyyət sayılan Benjamin Franklinin, Elon Musk-ı təsirinə alması əslində çox da təəccüblü deyil. Belə ki, “Tesla Motors” və “SpaceX”in rəhbəri olan, bugün ən vacib startapçılardan biri halına gələn və hər keçən gün etdikləri ilə adından söz etdirən Musk, hədəflərinə çata bilsə ən az B.Franklin qədər adını tarixə yazdırmağı bacaracaq.

Tim Cooktim-cook-apple-ceo

“Competing Against Time” – George Stalk JR və Thomas M. Hout

“Apple”ın CEO-su bizə görə işinə kifayət qədər aşiq biridir. Karyeranızda irəliləmə adına iş prinsipi, disiplin və s. şeylər haqqında vacib tövsiyyələrdən ibarət olan kitab Cook-un marağını o qədər çəkib ki, iş yoldaşları və işçilərinə də bu kitabı hər zaman tövsiyyə edirmiş.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi:

Xonca.al