Danışmadan güldürən Mr. Bean haqqında bilmədiklərimiz

119

Televizor qarşısında oturub, aşağıdaki mənzərəni görəndə həvəslə ekrana daha da yaxın otururdunsa, xoşbəxt uşaqlığın olub deməkdir.

Uşaqlığımızın ən sevimli komediyasının baş qəhrəmanı Mr. Beani canlandıran Rowan Atkinsonu daha yaxından tanıyaq!

  • Rowan Atkinson 1955-ci ildə 6 yanvar tarixində, Böyük Britaniyada dünyaya gəlmişdir. O, Eric Atkinson və Ella Mayin 4-cü oğludur.

  • Atkinsonun çox gözəl təhsil almışdır. O, Newcastle və Oxford Universitetlərinin məzunudur.

  • Şöhrəti ona aktyorluq gətirsə də, Rowan daha əvvəl BBC şirkətinin layihəsi, komediya janrında “The Atkinson People” radio verilişində də baş rolu oynamışdır.

  • Rowan Atkinson Mr. Bean rolu ilə yaddaşda qalsa da o, 50-dən çox filmə çəkilmiş və bir neçə multfilm qəhrəmanını səsləndirmişdir.

  • Aktyor uşaqlıqdan avtomobil həvəskarıdır. O bunu atasının traktorunun sükanı arxasına oturanda anlamışdı. Hətta Rowan həyatının ən xoşbəxt gününün sürücülük vəsiqəsi aldığı gün olduğunu deyir. Onun avotomobil kolleksiyasına Aston Martin, Honda, Audi və MC Laren F1 avtomobilləri daxildir. Aktyorun bir o qədər də sevmədiyi avtomobil markası isə Porchedir. Avtomobil həvəskarı olduğu üçün Rowan The Car Magazine kimi Britaniya avtojurnalları üçün bəzən reportyorluq edir.

  • Prince William və Catherine Middleton toyunda, eləcə də Prince Charles və Camilla Parker Bowlesin toyuna Rowan xüsusi dəvət almışdır.

  • Atkinson James Bondun heyranıdır. O, hətta James Bond haqqında çəkilmiş Never say never again filmində də rol almışdır.

  • Rowan 1990-cı ildə Sunetra Sastry ilə ailə həyatı qurmuşdur. Onların bir qız və bir oğul ovladı dünyaya gəlmişdir. 2014-cü ildə isə Rowan boşanmağa qərar vermişdir.

  • Mr. Bean imkanlı şəxslər siyahısındadır. Bu gün onun var dövləti orta hesabla 130 milyon dollar kimi dəyərləndirilir.

  • Aktyor təyyarə sürməyi bacarır. 2001-ci ildə təyyarə ilə Keniyaya uçarkən huşunu itirən pilot ayılana qədər təyyarəni Rowan idarə etmişdir.

  • 2012-ci ildə Mr. Bean təqaüdə çıxmışdır. Belə ki, aktyor bu rolun artıq onun yaşına uyğun olmadığını,buna fiziki gücünün də çatmadığını söyləyərək, Mr. Beani canlandırmaqdan imtina etmişdir.
Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi: