Natron gölü, Şimali Tanzaniya ilə Şərqi Keniya və Şərqi Afrika Rift arasında qalan duz nisbəti yüksək olan bir göldür. Bu Göl Cənubi Ewaso Ng’iro çayı və mineral baxımından zəngin bulaq tərəfindən qidalanır.

Göl “Natron” adını sözün mənasından da aydın olacağı kimi “Təbii natrium karbonat, soda və ya natrium hidroksid”dən almışdır. Na2CO3 · 10H2O (natrium karbonat) və ayrıca 17%  NaHCO3 (natrium bikarbonat) ehtiva edən göl ayrıca fərqli miqdarlarda da natrium xlorid və natrium sulfat da ehtiva etməkdədir. Bütün bu xüsusiyyətlərinin yanında bir də 60 ° C-yə çatan su istiliyi və 9-10.5 arasında dəyişən Ph-in da əlavə olunduğu düşünülsə, canlıların çoxu üçün uyğun bir yaşayış yeri olmadığı aydın ola bilər. Natron gölünün bütün xüsusiyyətlərinin əksinə, diqqət çəkən bir başqa quruluşu isə canlıları çaşdıran təbiət üstü səth gözəlliyidir. Əksetdirici xüsusiyyəti ilə çox vaxt canlıların təəccüblənməsinə və onları ölümcül bir sona istiqamətlənməsinə səbəb olur. Gölün sodalı olmasıyla əlaqədar, quruyan, sərtləşən canlılar bir təbii heykələ çevrilmişdir, tək fərqləri gerçək bir bədənə sahib olmalarıdır.

Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here