Məhsul yaratmaq önəmlidir. Bu, istər bir şokolad olsun, istər bir film, amma əsas məsələ məhsulu müştəriyə çatdırmaq, daha doğrusu onu müştəriyə yedirməkdir, çünki çatdırmaq elə yedirməyə bərabərdir. Müştəri südlü şokolad xoşlayır, yoxsa tünd? Müştəri dram sevir, yoxsa macəra. Sən məhsulu yaratdıqdan sonra hər kəs sənin müştərinə çevrilə bilər, hər kəs.

Buna görə də sən, baxmayaraq ki, Yaponiya kimi əlverişsiz bir yerdəsən, bunu Cənubi Afrika Respublikasinda nümayiş etdirib satmalısan. Mövzunu çətinləşdirməyək, CAR olmasın AR olsun. Yaponiya, İngiltərə, Türkiyə, ABŞ, Çin, Rusiya öz məhsullarını ölkəmizdə satmağa necə müyəssər olur? Bunun gözəl və bir qədər də pul gətirən bir cavabı var.

Şirkət və məhsul olmasaydı distributor olmazdı, elə distributor olmasaydı da şirkət olmazdı.

Distributor – Başqa sözlərlə, tanıdıcı, paylaşım, idxalçı, satışı həyata keçirən şirkət. Biz əksərən bu şirkət və qurumları tanımırıq. Aramızda neçəmiz Warner Bros. Pic. Bir paylaşım şirkəti olaraq tanıyır? Warner Bros.-un Azərbaycandakı işi onsuzda müzakirə olunacaq bir problemdir, çünki onun Azərbaycanda yalnız Facebook səhifəsi var.

Biz yalnız paylaşım şirkəti film sektoruna (Warner Bros. Pic., 20th Century Fox, Universal Pic., Freestyle Releasing, EuropaCorp, Buena Vista Pic. (Köhnə) musiqi sektoruna (TuneCore, DittoMusic bəsdir) aid bir neçə şirkəti tanıyırıq. Bəs sizcə dünyanı əlimizin altına gətirən nədir? Dünən çıxan yeni şəkilli uşaq bezini bu gün marketə gətirən nədir? Bütün kitab mağazalarını Türkiyədə təzə çap olunmuş kitab ilə təmin edən nədir? Bəs mağazaları xurma ilə təmin edən nədir? Bir vaxt bütün Sovet ölkələrinə ərzaq göndərən ölkəmizi  əslində bu gün  xaricdən ərzaqla təmin edən nədir?

Distributor – Kapitalizmin ən qazanclı oyunlarından biri. Sərmayə qoyursan, sərmayə götürürsən. Ola bilsin ki, səndən çox dövlət qazansın, amma bilməliyik ki, dövlət qazanmasaydı bu oyun olmazdı. İnsanların işləmədən yediyini əsas tutaraq sosializmi dağıdanlar bu gün işləmədən yeyən həmin insanlardır. Distributorlar çox gözəl qazanc mənbəyidirlər. Həm qazanır, həm də qazandırırlar.  Bəs ölkəni ərzaqla hansı şirkətlər təmin edirlər?

55 brendin məhsulu ilə ölkəni təmin etmək, onlara hər cür ləzzəti dadmaq imkanını yaratmaq, bu böyük, məsuliyyətli işdə diqqətli olub yalnızca ən yaxşısını seçmək çətin iş olsa gərək. 2004-cü ildən bu məsuliyyəti üzərinə götürən “Şam-fi” şirkəti  Rusiya, Türkiyə, Almaniya, İtaliya, Belçika kimi ölkələrin qida məhsullarının (Lays, Doritos, Tadım, Pınar, Alpella, Bebeto, Delverde, Penguen, Sandora və s.) idxalı ilə məşğuldur. Şirkət bu dadlarla təkcə paytaxt ərazisini yox, ölkənin hər bir yerini dadlandırmağı məqsəd bilmiş və öz xidmətlərini bilavasitə göstərmək üçün “Grandmart” və “Premiummart” kimi mağazalarını xalqın istifadəsinə vermişdir.

50 spirtli içki, 56 ərzaq brendini  əlində cəmləşdirən ölkənin ən yaxşı spirtli içki distributoru, eyni zamanda keyfiyyətli ərzaqların təminatçısı “Avrora” şirkəti. Dünyanın ən yaxşı şirkətləri (Danone, Ehrman, Rolton, Chivas) ilə işləmək məncə bir lüksdür. 5 supermarketlə xidmət göstərən şirkət 1994-cü ildə yerli və xarici bazar distributoru olaraq qurulmuşdu.

Veysəloğlu” şirkəti də “Avrora” və “Şam-fi” şirkəti kimi ilk öncə yalnız Türkiyədən məhsul idxal edir və topdan satışla məşğul olur və sonra inkişaf etdikcə şirkət artıq ticarət anbarı və topdan satışı ilə böyük bir ticarət holdinqinə çevrilir.

Və bu kimi daha bir neçə şirkət. Post-sovet ölkələri arasında şirkətlərin nə zaman yaranması aydındır. Əlverişli biznes şəraitinin olduğu bir dövrdə. Daha əvvəl belə bir şeyin olmadığı bir dövrdə.

Amma bir şeyi də demək lazımdır ki, rəfdə eyni məhsulun 25 adda markasının olması bizə o qədər də dərindən kömək olmur.



Müəllif: Ramin BeDRİo (Ağaquliyev)

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂