Hüzur və bərəkət ayı olan Ramazan gəldi… Oruc tutarkən sağlamlığa da diqqət etmək vacibdir. Sağlamlığı təxirə salmaq heç doğru olmaz.

Ramazanda qidalanma rejimi və gündəlik yemək sayı dəyişir.

Gün ərzində üç dəfə yemək yeməli olduğumuz halda, Ramazan ayında iki dəfə yeyə bilirik. Bu ay edilən ən böyük yanlışlardan biri karbonhidratın çox qəbuludur. Tutumlu olsun deyə yeyilən xəmir xörəkləri, şirniyyatlar, plovlar bədənin balansını pozur. Balanslı qidalanmaq zəruridir. İmsakda süd, şorba, pendir, qatıq yeməklə özünüzü gün boyu gümrah hiss edəcəksiniz. İftarda da mədəni çox yükləməmək şərtilə, şorba ardınca, əsas yeməyi yeməyiniz tövsiyə olunur.

İftardan sonra gəzintiyə çıxaraq maddələr mübadiləsini tezləşdirə bilərsiniz.

İmsak yeməyini təxirə salmamaq vacibdir. İbadətinizi edərkən həm də arıqlamaq kimi fikriniz varsa, imsakda ancaq su içmək kimi səhvi etməyin. Bədənin bütün balansı alt-üst olar. Onun əvəzinə iftar etdikdən sonra, bir az gəzin.

Oruc tutmağın sağlamlıq üçün zərərli olduğu hallar:

Oruc tutmaq bəzi vəziyyətlərdə çox risklidir. İbadətinizi yerinə yetirmək istəyirsiniz, ancaq aşağıdakı hallarda həkiminizlə məsləhət etmədən oruc tutmayın.

Şəkər xəstələri, 6 ay və yuxarı hamilələr, ürək və böyrək xəstələri, çox yaşlı adamlar, uşaqlar.

Allah oruc və ibadətlərinizi qəbul etsin! 🙏🏼