Romantik münasibətlər həyatdakı ən qarışıq mövzulardan biridir. İşin içinə duyğularımız girdiyi zaman həm davranışlar, həm də yaşadıqlarımız dəyişir. Həyatımızdakı bir insanı hər kəsdən fərqli şəkildə sevmək bütün davranışlarımıza təsir edir. Amma eşqlə savaşmaq yerinə, onu anlamağa çalışmalıyıq. Bəs doğru insanı tapdığımızı necə bilərik? Sizə az da olsa kömək edə biləcək işarələr.

1. Əgər həyatınızdakı insan böyük bir çaba göstərmədən sizi xoşbəxt edə bilirsə…
Doğru insanın sizi xoşbəxt etməsi üçün çox çalışmasına gərək yoxdur. Sizə sevgisini bütün tərəfi ilə göstərdiyi an dünyanın ən xoşbəxt insanı olursunuz, onsuz da. Əgər həyatınızdakı insanın bir baxışı ilə də xoşbəxt ola bilirsinizsə, o insan sizin üçün doğru insan ola bilər. 

2. Sizi olduğunuz kimi qəbul etdiyini hiss edə bilirsinizsə…


Sizi dəyişdirməyə çalışan və olduğunuz kimi qəbul edə bilməyən biri sizin üçün doğru insan ola bilməz. Münasibətin başlarında dəyişdirmək istədiyi xüsusiyyətlərinizi görməzlikdən gəlsə də, vaxt keçdikcə onlara müdaxilə edəcəkdir. Sizi qəliblərə yerləşdirməyə çalışan insan sizin üçün doğru insan ola bilməz.

3. Onun yanında ikən özünüzü güvəndə hiss edirsinizsə…
Əgər onun yanında ikən tam olaraq özünüzü aid hiss etdiyiniz yerdə hiss edirsinizsə, doğru insana aşiq olmuş ola bilərsiniz. Aşiq olduğunuz insanın yanında əndişəli və narahat olmamalı, ona hər mövzuda güvənməlisiniz. Aşiq olduğunuz insan, sizin özünüzü güvəndə və rahat hiss etdiyiniz yer olmalıdır.

4. Duyğularınızı görməməzlik etmirsə…
Aşiq olduğunuz insan əgər sizin üçün doğru insandırsa, sizin duyğularınızı görməzdən gəlməz, ya da fikirlərinizi dəyişdirməyə çalışmaz. Tam tərsinə, sizi dinləyər və kömək edəcək tənqid və müzakirələrlə sizə istiqamət verərək dəstəkləyər.

5. Sizinlə vaxt keçirməkdən zövq alırsa və hər zaman sizə ayıracaq vaxtı varsa…


Əgər doğru insanla birlikdəsinizsə, birlikdə vaxt keçirmək bir işgəncəyə çevrilməməlidir. Hər iki tərəf də bir-birini dinləyib vax ayırmaq üçün əlindən gələni etməlidir. Eyni zamanda doğru insanla birlikdə olduğunuz zaman “bitsəydi gedərdik” ruh halında olmamalısınız.

6. Ən çox ehtiyacınız olduğu anlarda yanınızdadırsa…
Əgər aşiq olduğunuz insan sizin üçün doğru insandırsa, ona ən çox ehtiyacınız olduğu anlarda heç bir bəhanəsiz yanınızda olacaq və ya yanınızda olmaq üçün əlindən gələni edəcəkdir.

7. Eşitməli olduğunuz həqiqətləri açıqca deməyə cəsarəti varsa…
Bəzən həyatda bəzi həqiqətləri qəbul etməkdə çətinlik çəkə bilərsiniz. Həyatımızdakı doğru insan isə bizə yaxşılığımız üçün bu həqiqətləri deyə biləcək cəsarətə sahib olmalıdır.

8. Sizin üçün önəmli olan insanlara qarşı hörmətli və kübar davranırsa…
Ailəniz, ya da sizin üçün önəmli olan insanlara ən az sizə olduğu qədər sayğılı və incədirsə, bu insan sizin üçün doğru insan ola bilər.

9. Sərhədlərinizi və onlara hörmət edirsə…
Əgər həyatınızdakı insanın doğru insan olduğunu düşünürsünüzsə, sizə və sərhədlərinizə hörmət və sayğı ilə davrandığından əmin olmalısınız. Sizi heç nəyə məcbur etməməli və olmaq istəmədiyiniz vəziyyətlərin içinə soxmamalıdır.

10. Sizi xəyallarınızın arxasınca getmək üçün cəsarətləndirirsə…
Bəzən bizim üçün ən çətin olan şey xəyallarımızın arxasınca gedəcək cəsarəti tapa bilməkdir. Bu nöqtədə birlikdə olduğunuz insan, sizi xəyallarınızın axrasınca getmək üçün sizi sonuna qədər cəsarətləndirirsə, böyük ehtimal doğru insana aşiqsiniz.

11. Sizinlə gələcək haqqında danışır, sizsiz bir həyatı xəyal belə etmirsə…
Əlbəttə hər münasibətin keçdiyi dövrlər fərqlidir, amma hər nə baş versə belə sizinlə ola biləcək insan olmalıdır. Hətta siz olmadan bir həyat düşünə bilməzlər.

Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry