Dünya əhalisinin 96 faizi bu şirkətin loqosunu tanıyır

514

Uzun illərdir Coca Cola haqqında müxtəlif yazılar dərc olunur. Kiminə görə ziyanlı, öldürücü, kiminə görə möhtəşəm hesab edilən bu içkidən biraz da biz danışaq, amma bu dəfə mənfi və müsbətlərini bir kənara qoyub şirkətin özündən yazdıq.

1. Coca-Cola ilk dəfə 1894-cü il, 12 martda şüşə qabda satılır . Elə həmin ildə Georgia ştatında küçələrdə ilk reklam plakatı da asılır.

2. 1886-cı il, bu 29 mayda “The Atalanta” jurnalı da içkini reklam edir

3. Yeni rəhbər Candler’in başçılığı ilə 1895-ci ildə Amerikanın bütün ştatlarında artıq satışda idi

4. Cola böyük ölçülü şüşə qablaşmaya 1899-cü ildə keçir.

5. Şirkət o dönəmlərdə “pulsuz kupon” kompaniyasına başlamışdı. Belə ki, kuponu gətirənlərə bir stəkan Cola pulsuz verilirdi

6. 1915-ci ildə dizayner Earl R. Dean tərəfindən yeni növdə şüşə hazırlanır.

7. 1917-ci ildə şirkətin sahibi Asa Griggs Candler işdən çəkilərək siyasətə daxil olur və Atalanta Bələdiyyə Başçısı olur.

8. Candler ailəsi 1919-cu ildə Coca-Cola Company’ni Atalantanın banklarından birinə 25 milyon dollara satır.

9. 1980-ci ildə Moskva Olimpiya Oyunlarının rəsmi içki sponsoru olan Coca-Cola, 1982-ci ildən etibarən dietik Cola istehsalına başlayır.

10. Hər gün dünyada istifadə edilən içkilərin 3 faizi Coca-Cola məhsullarıdır.

Yazının ardı olacaq. Sonda isə sizi maraqlı bir video ilə baş – başa buraxırıq