İşlədiyiniz sahənin nə qədər çətin olmasından şikayətlənsəniz də, dünyanın ən təhlükəli işi məhz aşağıda qeyd etdiklərimizdir.

1O. Sürücülük – Ən çox baş verən qəzalardan olan avtomobil qəzası nəticəsində sürücülərin həyatına son qoyulur. Ən təhlükəlisi isə yük maşını sürücüsü olmaqdır.

9.  Dublyorluq – Filmlərdə təhlükəli səhnələri oynayan şəxslər də bu siyahıya aiddir. Onlar məşhur aktyorların yerinə təhlükəli tryukları yerinə yetirirlər. Özləri bir o qədər məşhur olmasalar belə.

8. Paraşütdən tullanma müəllimliyi – Bu peşə sizə qəribə gələ bilər, ancaq paraşütdən tullanmazdan öncə 2-3 aylıq kurs keçməniz lazımdır. Paraşütdən tullanmaq hər nə qədər əyləncəli görünsə də, bir o qədər təhlükəlidir. İşi bu sahədə olanlar isə daima təhlükənin içindədirlər.

7. Bomba təhlükəsizləşdirmək – Yəqin ki, filmlərdə “qırmızı naqili kəsim, yoxsa göyümü?” sualı verilən səhnələrini görmüsünüz. Dünyada sıfır xəta ilə görülməli işlərdən birincisi hesab olunur. Təhlükəsizlik qaydalarına nə qədər riayət olunsa da, bu işdə cüzi səhv anlayışı yoxdur.

6. Göydələn pəncərələrini təmizləmək – Dünyada ən təhlkəli və adrenalinli işlərdən biridir. Güü-gündən göydələnləri sayı artdıqca işçilərə də tələbat artır. Ancaq bu cəsarətli insanların peşəsidir.

5. Dam təmir etmək – Hər il müxtəlif ölkələrdə bir çox ustalar məhz dam təmir edərkən qəza nəticəsində həyatını itirir. Bu işin təhlükəli olması ilə yanaşı, bəzi hallarda ustaların təhlükəsizlik tədbirlərindən istifadə etməməsi də faciə ilə nəticələnir.

4. Ağac kəsmək – Dünya üzrə ən təhlükəli işlər sırasında hər zaman ön sıralardadır. Baş verən qəzaların sayına görə bu nəticəyə gəlmək olar. Ölkəmizdə elə də çox olmasa da, dünyada lazımlı peşə hesab olunur və ağackəsənlərin sayı çoxdur.

3. Mədəndə işləmək – Yerin üstündəki işlərdən daha çətini yerin altında işləməkdir. Yüz metrlərlə dərinlikdə işləmək ən çətin və təhlükəli işdir. Yuxarıda qeyd etdiyimiz işlərdə zərərçəkən, xəsarət alan bir nəfərdirsə, mədəndə olan adi bir təhlükəsizlik qaydasının pozulmasına görə yüzlərlə insan həyatını itirə bilər.

2. Təyyarə sürmək (pilot olmaq) – Pilotlar təkcə öz həyatlarına görə yox, həm də sərnişinlərin həyatlarına görə məsuliyyət daşıyırlar. Son zamanlar təyyarə qəzalarının sayını nəzərə alsaq, bu peşə ən təhlükəli iş demək olar.

1. Dənizdə işləmək – Balıqçılıqdan tutmuş neft çıxarmaya qədər dənizdə işləmək ən təhlükəli peşə hesab olunur. Bu işdə işləmək sözün əsl mənasında havadan asılı olmaqdır. Neft mədənlərində ən kiçik səhv, balıqçılıqda isə düzgün olmayan hava proqnozu bütün heyətin həyatını itirməsinə səbəb ola bilər.

Bu gün (15.12.2016) “Azneft” İstehsalat Birliyinin strukturuna daxil olan N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 1-ci mədənindəki köşk dənizə düşüb. İtkin düşən 10 nəfərdən birinin cəsədi tapılmışdır. İtkin düşənlərin və həlak olanların ailələrinə səbr diləyirik!

Qeyd: Keçən ilin dekabr ayında da “Günəşli” neft yatağında qəza nəticəsində onlarla işçi həlak olmuşdur. Allah rəhmət eləsin!