Zəka deyildiyi zaman ağla ilk gələn IQ olur. Çoxumuz üçün IQ zəka səviyyəsinə bərabərdir, amma IQ ilə yanaşı bir də EQ var. Bu da insanların emosional zəka səviyyələrini göstərir.
Emosional zəka nədir?
Emosional zəka, özümüz və digər insanlardakı emosiyaları daha yaxşı anlamaq və idarə etməkdən ibarətdir. Bütün olaraq duyğuları daha kontrollu şəkildə ələ ala bilməyimizə kömək edir. Duyğusal zəka hər nə qədər sabit olsa da, müəyyən çalışmalarla, gücləndirib inkişaf etdirmək mümkündür. Bunun üçün isə 4 praktik üsul var.
1. Özünüzü pis hiss etdiyiniz zaman məşğul olmağa çalışmayın.
İş yerinizdə sizi çətinə salacaq bir vəziyyətlə qarşılaşdınız tutalım ki. Evə gedib fikrinizi dağıdacaq şeylərlə məşğul olmağa çalışırsınız. Duyğularınızı film, serial, sosial media, yemək və s. kimi şeylərə yönəldərək həmin anı düşünmək istəmirsiniz. Amma duyğularınızı bu şəkildə keyidərək emosional zəkanızı düşürürsünüz. Belə vəziyyətlərdə duyğularınızı keyitmək əvəzinə onlarla üzləşin. Niyə özünüzü pis hiss etdiyinizi tapın və onu həll etməyə çalışın. Duyğularınızı qəbul edin, onları hiss etməkdən çəkinməyin.
2. Duyğularınızı sorğulayın kontrol edin.
Duyğusal təcrübələrinizi periodik olaraq kontrol edin. Məsələn gün ərzində bir alarm qurun və duyğularınızı idarə edin. Özünüzə hal-hazırda necə hiss edirsiniz kimi suallar ünvanlayın. Duyğularınızı araşdırın və düşüncələrinizlə arasında bağlantı yaratağa çalışın.
3. Başqalarının duyğularını təsdiq edin.
Eyni fikirdə olmasanız belə qarşınızdakı insanın duyğularını doğrulamağı öyrənin. Özünüzü onun yerinə qoyaraq hiss edin və anlayın. Onu təsdiqləyin. Bu sayədə empatiya bacarığınız güclənəcək.
4. Qarşınızdakı insanın danışığını təkrarlayın.
Danışın əsnasında qarşınızdakını təkrarlasanız bu onun dinlədiyinizi göstərəcək. Onunla danışarkən eşitdiklərinizi təkrar edin. Öz şəxsi duyğunuzu inkişaf elətdirməyiniz qarşınızdakı insanları daha net anlamağınıza kömək edəcək. Özünüzü öyrədərək başqalarını daha yaxşı anlayacaqsınız.