Texnologiya inkişaf etdikcə, insanlar da getdikcə tənbəlləşir. Tənbəllik qolumuzdan tutub, bizə imkan verməyən bir gücdür. Təbii ki, bütün günahı da texnologiyanın üstünə yıxmaq düzgün deyil. Əslində tənbəlliyin bir çox səbəbi var, bunlardan biri isə insanın rahatlığını düşünməsi, bütün gün “yatması” deyil, sadəcə olaraq istəksiz olması ola bilər. Tənbəllik bir çox səbəblərdən də yarana bilər, depressiya, xroniki yorğunluq sindromu, şizofreniya kimi simptomları buraya aid etmək olar.

Əgər tənbəlllik həyatımıza müdaxilə etməyə başlayıbsa, özümüzü nəzərdən keçirməyin vaxtı gəlib deməkdir. Bəs insanlar niyə tənbəl davranışlar sərgiləyir?

  1. Uşaqlıqda ailənin aşılamış olduğu bir rahatlıq varsa; Məsuliyyəti anlamayan uşaq, yaşı irəlilədikcə həyatında da məsuliyyəti dərk etməz və işlərinin başqaları tərəfindən həll ediləcəyini düşünərək davranar.

  2. Motivasiya əskikliyi varsa: Əgər insan özünü bir vəziyyətə kifayət qədər motivasiya edə bilməyibsə, heç nə etmək istəməz. Tənbəlliyin ən yaxşı dostu “istəksizlikdir”. Bir şeyi etməyi istəmək, motivasiyalı olmağı tələb edir. Uğurun yarısı istəmək deyil, istəməyə motivasiyalı olmaqdır!

  3. Üzləşməkdən qorxursunuzsa: Bəzən insan çətinliklərin öhdəsindən gələ bilməcəyini və ya uğursuz olacağını düşünüb, həmişə asana üstünlük verərək, üstdəki pilləni deyil, altdakını seçməyi özünə nümunə götürər.

  4. Aktiv olduğunuz bir vəziyyət sizi xoşbəxt etmirsə: Bu, təhsil və ya iş həyatınızda ətrafınızdan gələn reaksiyaların mənfiliyi ilə birbaşa əlaqəli bir vəziyyətdir. Əgər gördüyümüz işi sevərək və istəyərək etmiriksə, bu vəziyyət təbii olaraq performansa da təsir edəcək. Performansı aşağı olan insan ətrafından müsbət reaksiyalar ala bilməz və passivliyə üstünlük verər.

  5. Dəyişməyə qarşı dirəniş varsa: Əgər bir insan dəyişəcəyi zaman məğlub olacağını düşünürsə, olduğu yerdə saymağın özünə daha az zərərı uğrayacağını düşünər.

  6. Ətrafınızdakı passiv insanlar çoxdursa: “Mənə dostunu göstər, sənə kim olduğunu deyim” sözündən yola çıxsaq, insanın birlikdə vaxt keçirtdiyi insanlar və ya dostlar həyatı yavaş ritmdə yaşamağa üstünlük verən insanlardırsa, bu, həmin insanın da həyatına təsir edər.

Tənbəlliklə necə mübarizə aparmalı?

  1. Tənbəl hüceyrələri beyninizdən uzaqlaşdırıb canlandırmaq üçün bir stəkan su için.

  2. Motivasiyanını heç vaxt azaltmayın, hər zaman özünüzə sizi istəkli hala gətirəcək sözlər deyin.

  3. Başlanğıc edin, hər şey gözəl bir başlanğıcla başlayır. Ən çata biləcəyiniz, real xəyallar qurun və edə biləcəyinizə inanın.
  4. Siyahılar yaradın, balaca kağızlara nə edəcəklərinizi yazıb otağınıza yapışdırın.
  5. Müsbətə fokuslanın, mənfiləri düşünüb özünüzü təqdir etməyi nəzərdən qaçırmayın!
  6. Lampa olub ətrafınıza işıq saçın, şam olub dibinizi aydınlatmayın!
  7. Keçmişə ilişib qalmayın, gələcəyə fokuslanın və həmişə gələcəyə dair qərarlar alın. Məqsədinizi müəyyən edin, kiçik hədəflərlə irəliləyin.

Tənbəlliklə əlaqəli deyə biləcəyimiz çox şey var əslində, amma əsas təsir isə insanın məqsədsiz olmasıdır. Hədəfi olmayan insan heç nə etmək istəməz.

Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry