Dəniz atı-dünyanın ən qeyri-adi canlılarından biridir. Onun başı at başına oxşayır, quyruğu isə uzundur. Bədən forması ən çox şahmat atına oxşadığına görə ona dəniz atı adı verilib. Əslində isə, dəniz atları balıq növüdür. 
Digər balıq növlərindən fərqli olaraq dəniz atları şaquli vəziyyətdə dayanır və bu formada da üzürlər. Dəniz atlarının çoxalma forması çox qəribədir. 
Belə ki, çoxalma dövründə erkək və dişi fərd bir-birinə yaxınlaşır və qucaqlaşırlar. Bu zaman dişi dəniz atı, bədənində olan bütün yetişmiş kürüləri erkəyin qarın tərəfində olan kisəyə boşaldır. Burada kürülərin mayalanması gedir və erkək dəniz atı hamiləlik dövrünü keçirir. Zamanı gəldikdə isə o 2-dən 1000-ə qədər (bəzən daha çox) bala doğur. Doğum prosesi ata üçün çox çətin keçir və bəzən ölümlə də nəticələnə bilər.
Beləliklə, dəniz atı Yer üzərində mövcud olan yeganə canlıdır ki, erkək fərd hamiləlik keçirir və bala doğur.