FBİ-nin tapa bilmədiyi cinayətkar

87
1971-ci ildə Birləşmiş Ştatlarda baş vermiş təyyarə qaçırma hadisəsi o qədər əsrarəngiz idi ki, ABŞ tarixinin ən sirli cinayəti hesab olunur.

Cinayət o qədər qüsursuz idi ki, ötən 46 il ərzində nə cinayətkarın kimliyi, nə də bir iz aşkarlana bilmədi. Belə olan halda, keçən il Federal Təhqiqat Bürosu (FBİ) artıq cinayətin dosyesini bağladığını açıqladı. FBİ bundan sonra cinayətkarı axtarmağın boş yerə kürək çəkmək olduğunu bildirdi.

D. B. Cooper 24 noyabr 1971-ci il tarixində Portlenddən Sietla uçan təyyarənin adi geyimli sərnişini idi. Təyyarə səmaya qalxdıqdan sonra isə xidmət üçün yanına gələn işçiyə yanındakı çantada bomba olduğunu və istənilən an təyyarəni partlada biləcəyini bildirdi. Çantanı açıb içindəkiləri göstərdikdə isə işçi dəhşətə gəlmişdi. Hərçənd ki çantanın içində sadəcə məftil yumağı var idi, bu, işçinin həyəcanlanmağına səbəb olmuşdu. Vəziyyət pilota çatdırıldı. Təyyarə gedəcəyi hava limanına salamat endi, lakin Cooperin sərnişinləri və uçuş heyətini sərbəst buraxmaq üçün bircə şərti var idi. 200 min dollar nəğd pul və 4 ədəd paraşüt. Cooper təyyarə ilə Meksikoya gedəcək və orada pilotu sərbəst buraxacaqdı. Razılıq əldə olundu və təyyarə yenidən havaya qalxdı.

Təyyarə Nyu Meksikoya tərəf hərəkət edərkən, Cooper Kolumbiya çayı üzərində Boing 727 təyyarəsinin arxa qapısını açdı və özünü 200 min dollar pulla aşağı atdı. Eniş edə biləcəyi ərazidə aparılan axtarışlar zamanı pulların bəzi hissəsinə rats gəlinsə də, cinayətkarın izinə düşə bilmədilər.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi: