Səhərlər tez durmaq bir çoxlarımız üçün əsl işgəncədir. Xüsusilə də qış fəslində, havaların soyuq olduğu zamanlarda, amma bilirsinizmi, əslində səhər erkən saatlarda durmaq və bununla yanaşı gumrah olmaq mümkündür. Aşağıda yazılanlara ən az bir həftə ərzində zənciri qırmadan davam edin. Görəcəksiniz ki, günə tez başlamaq xüsusi zövq verir.
1. «10 dəqiqə daha» kəlməsinə son qoyun
Alarm çalan kimi ayağa qalxın. Bir tərəfdən dəlicəsinə yatmaq istəyərkən, bir tərəfdən də səhər yeməyindən imtina edərək yatmaq üçün nə qədər vaxt qazana biləcəyinizi hesablamayın. Bu yol yoxuşa aparır. Yatdıqca yatmaq istəyəcəksiniz və oyanmaq daha da çətin olacaq.
2. Hər gün eyni vaxtda yatın və durun
7-8 saat yatın. Bəli, ilk günlərdə çətinlik çəkəcəksiniz, daha sonra isə öyrəşəcəksiniz.
3. Tez oyandınız? Qalxın!
Alarm 6:00-a qurulub siz isə 5:45-də oyandınızsa, əsla yenidən yuxuya getməyə çalışmayın. Günə başlayın!
4. Həftə sonlarında zənciri qırmayın
Həftə sonları da eyni saatlarda günə başlayın ve eyni saatlarda günü yekunlaşdırın. Bu orqanizminizin daha tez öyrəşməsi üçün şərtdir. Beləliklə, filmlərə, kitablara və idmana da əvvəlkindən çox vaxt ayıra biləcəksiniz. Daha nə olsun?
5. İdman hərəkətləri edin
Oyanar oyanmaz qalxın və 5 dəqiqə ərzində idman hərəkətləri edin. Yuxunuz dərhal qaçacaq.
6. Pəncərəni açın
Balkonunuz varsa, hətta balkona çıxın. Təmiz hava daha tez ayılmağınıza və günə gümrah başlamağınıza təkan olacaq.
7. Su için
Günə bol enerji ilə başlamağınız üçün resept: 1 stəkan suya 1 dilim limon və 1 qaşıq bal əlavə edin və için.
Və düşünün, yaşamaq və həyatdan zövq almaq varkən, niyə vaxtımızın çoxunu yatmaqla keçirək ki?