Həyatı da sadə bir film ssenarisi kimi idarə etmək olar. Söhbət çətin filmlərdən getmir. Ümid edirəm bəyənərsiniz.

“Bir ssenarist olaraq özümüzü yazma imkanı verilir bizə. Bunu dəyərləndirmək lazımdır. Kiçik hissələrlə həyatımızı tam bir filmə çevirə bilərik.


1. Mövzu:
Bu sizin planınızı təmsil edir. Məqsədiniz nədir? Kim olmaq istəyirsiniz? Bunun üçün nə etmək istəyirsiniz? Və sair kimi suallarla yazılır. Ən əsas olandır, çünki başlanğıcdır. İlk cümlən elə həssas olmalıdır ki, bir hərf səhvi hər şeyi məhv etsin. Bu cür olsa ikinci cümlədə bir neçə səhv olsa belə heç bir fikir qarışıqlığı yaratmayacaq. Yəni həyatınızın planını qurduqdan sonra ilk addımı dəqiq atın. Bu addımınız digər axsaq addımlarınızı ört-basdır edəcək.


2. Yazı forması:
Axı məqsədinizin nə olduğunu bilirdiniz, elə deyil? Beləliklə bəs, hədəfiniz nədir? Və siz o hədəfə necə çatmaq istəyirsiniz? Hədəfə çatmağın ssenari də iki yolu var. Çox, çox sadə cümlələr quraraq səhnəni bitirmək və daha mürəkkəb cümlə quraraq ətraflı izah verib bir xəyal yaratmaq. Budur, siz hədəfə çatmaq üçün ya tez ona doğru getməlisiniz, ya da ətraflı düşünərək ona digər yollarla çatmağın nə qədər zövqlü ola biləcəyini aydınlaşdırmalısınız. Ssenarinizin taleyini cümlələr – addımlar həll edir. Hər iki addım sizi hədəfə çıxarır. Mürəkkəb olanı bu yolu keçərkən sizi də öyrədir, ssenarini də dolğunlaşdırır. Digəri isə sadəcə hədəfə çatdırır. Bu halda siz o hədəfin dadını duymursunuz və dəyərini anlamırsınız.


3. Hisslərlə:
Finala çatmaq üçün hər şeyi fərdiləşdirin. Qəhrəmanı, hadisələri, digər personajları fərdiləşdirin. Qəhrəman sizsiniz. Özünüzü fərdiləşdirin. Özünüzdə özünüzə aid olan hər şeyi kəşf etməyə başlayın. Aristotle deyir ki, insanlar hər şeyin gözəlini axtarırılar amma gözəlin necə olduğunu bilmirlər. Bu münvalla nəyi sevdiyinizi tapın. Nəyi görmək istədiyinizi tapıb. Hansı yolu sevdiyinizi bilin. Beləliklə siz belə olduqda hadisələrə müdaxilə etmiş olacaqsız. Qarşınızdakı insanda özünüz haqda fikir yaratmış olacaqsınız. Özünüzü tanıyın. Istər yaxşı, istər pis fikir yaradın, bu heç bir fikrin olmamasından yaxşıdır. Həyatınızın ssenarisinə daha uzaqdan, daha böyük pəncərədən baxın.

Qısa bir qeyd edib ki, əgər kimdənsə bir sitat gətirirsinizsə mütləq o deyilənə öz şərhinizi də edin. Fikir bildirin və belə etməyə diqqət göstərin. Sizin əlinizdə olmayan çox az şey var.
Ssenarinizdə sizə uğurlar.”

Ramin Ağaquliyev