Hamı üçün Yeni il filmləri

164

Ən sevdiyim bayram ab havalı filmləri sizinlə paylaşıram. Tətil boyunca izləyə bilərsiniz. Yeni filmlər də hazırlanır, ancaq bir az nostalgiya yaşayaq məncə 🙂

Mickey’s Christmas Carol

Bu film əslində çox keçmiş hekayə əsasında çəkilmişdir. Heç kimə kömək etmək istəməyən Scrooge keçmişinə səyahət edir. Daha sonra bu vaxta qədər etdiyi bütün bədbinliklərdən əl çəkərək, xoşbəxt həyat yaşamağa qərar verir. Animasiya hamı tərəfindən çox sevilir və Oskara layiq görülür.

IMDB balı 8,1-dir.T


The man who invented Christmas

Bir neçə klassik Milad xarakterlərin yer aldığı bu fil sadəcə möhtəşəmdir. Baş verən hadisələr nağılı bir nəfəsdə izləməyimizə səbəb olacaqdır.

IMDB balı 7-dir.


Elf

Elflərin içində böyüyən adam bir gün anlayır ki, o əsl elf deyil. Ailəsinin yanına Nyu Yorka geri dönür və çox əyləncəli komediya alınır.

IMDB balı 6.9-dur.


Arthur Christmas

Bütün uşaqlara maraqlı olan sualın cavabı tapılır: Santa hədiyyələri necə paylayır? Ancaq animasiyanın əsas mesajı yenə də ailənin önəmi və sevginin gözəlliyidir.

IMDB balı 7.1-dir.


Grinch

Mən bu yaşıl adamı çox sevirəm! Grinch bayramları heç sevmir, ancaq bu dəfə onun bayramı sevməsinə səbəb olacaq hadisələr baş verir. Bunları izləməyinizi tövsiyyə edirəm!

IMDB balı 6.1-dir.


Evdə tək!

Bu filmi sevməyən var? Sadəcə möhtəşəmdir və uşaqlığımızın ən gözəl xatirəsidir. Ümid edirəm, bu film haqqda ayrıca yazdığım blogu oxumusunuz!

IMDB balı 7.5-dir.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂
Xonca.al