Fərqində olsaq da, olmasaq da mədəniyyətimizin, yaşayışımızın, adət və ənənələrimizin təməlində Şamanizm və Tengrizm mənşəli davranışlar vardır. Bu davranışların mənasını və formalaşma səbəbini bilməsək də, mənşələri araşdırıldığında dərhal hamısı mənaya bürünür və nə etdiyimiz meydana çıxır. Bu hərəkətlərə bir neçə misal.

1.   Qırmızı lent bağlamaq

Gəlinliyin üzərinə bağlanan qırmızı lent, nişan üzüklərinə bağlanan qırmızı lent, yeni doğum etmiş qadına taxılan qırmızı lent; toy olacaq olan evlərə taxılan qırmızı lentlər həmişə uğuru və qisməti təmsil edir. Əlavə olaraq mənfi ruhların şərindən qorunmanı təmin etdiyinə inanılar.


2.   Pirlər və Qəbir daşları

Hal-hazırda cəmiyyətdə ulu qəbul edilən kəslərin ölümlərindən sonra ruhlarından kömək ümid etmək və məzarlarının müqəddəsləşdirilməsi şaman ənənəsinin davamıdır.

Məzarlara daş qoyulması və bu daşın sənət əsəri halına gətiriləcək qədər bəzənməsi İslam coğrafiyasında yalnız Anadoluda meydana çıxır. Və bu da buraya köçmüş türklərdən və onların inancı şamanizmdən qalma adətdir.


3.   Arzu tutmaq

Arzu tutmaq da Şamanizm mənşəli bir adətdir. Təbiət ruhlarının diləklərin reallaşmasına vasitəçilik etdiyinə inanılar.


4.   İtin ulamağı

Şamanizmdə it bir ruhun yaxınlaşdığını uzaqdan acı ulumağla xəbər verə bilir. Adi bir adamın bu ruhu görməsi; onun yaxın vaxtda öləcəyinə işarə sayılır. Azərbaycanın bölgələrində itin ulamağı uğursuz sayılmaqdadır. İtlərin bəzi hadisələri əvvəlcədən hiss etdiklərinə və bunu ulayarak izah etdiklərinə inanırlar.


5.   Nəzər (Göz) muncuğu

Xalq arasında “nəzər” faktı çox məşhur bir inancdır. Bəzi insanların qeyri-adi xüsusiyyətləri olduğu və baxışlarının qarşılarındakı insanlara narahatlıq verdiyinə, pislik gətirdiyinə inanılar. Bunun qarşısını almaq üçün “nəzər muncuğu” “dəvə muncuğu” “göz muncuğu” və s. istifadə edilir. Bu inanc da Şamanizmin qalmadır.


6.   Xalça naxışları

Qədim Türklərdə bir Şamanın paltarına ilan, əqrəb, qunduz kimi yabanı heyvan şəkilləri çəkməsinin, bu heyvanları birliyin həyat sahələrindən uzaq tutmağa kömək etdiyinə inanılar. Hal-hazırda Azərbaycan kəndlərində toxunan xalça, kilim, örtü və pərdələrə işlənən naxışlar, geyimlər üzərində istifadə edilən motivlər bu inancdan qaynaqlanır.


7.   Yas adətləri

Mərsiyə oxunması, ölünün 3, 7, 40 və hətta 50 günlüyü qeyd edilməsi, şamanların bunun kimi hadisləri müxtəlif alətlərdə ifa edərək və mahnı oxuyaraq qeyd etməsinə dayanır.


8.   Qəbirlərin üzərinə su tökülməsi

Əslində bu hərəkət şamanlarda məzarların ayaq tərəfinə oyulmuş olan kiçik və içi su dolu oyuqlar olaraq edilir; ruhların susadıqları zaman qalxıb oradan su içmələri inancına dayanır. Əlavə olaraq quşların, həşəratların o oyuqlardan su içməsi, ölmüş adamın ruhuna fayda edəcəyinə inanılır.

Qeyd: Şaman mədəniyyətində, ayinlərdə istifadə edilən köməkçi ruhlar, quş formasında təsvir edilmişdir. Quş şəklində düşünülən bu ruhlar şamanlara, səmaya edəcəkləri səfərdə köməkçi olmaqdadır.


9.   Göydə Allah var!

Tengrizm inancından qalmışdır. Bu anlayışa görə dua ya da işarə edərkən əllər səmaya açılır.


10.  Yola düşən adamın arxasınca su tökmək

Şaman mədəniyyətindəki suyun müqəddəsliyi faktının doğurduğu ədətdir. Su bərəkətdir, müqəddəsdir. “Su kimi tez qayıt, ax geri gəl, ax tez, qəzasız bəlasız get” demək üçün su tökülür gedənin arxasından.


11.  Ağaca, Pirlərə, Qəbirlərə və bəzi müqəddəs qəbul edilən yerlərə bez parçası bağlamaq

Şamanizm inancında dilək diləmə formasıdır. Kiçik parçaları ümumi olaraq ağaclara çox əhəmiyyət verildiyindən və həyatın simvolu qəbul edildiyindən və həyat üzərində böyük təsirləri olduğu düşünüldüyündən, bunların budaqlarına bağlanır və diləyin reallaşması gözlənilir. Bu qədim ənənə hələ də davam etməkdədir. Təməlində isə təbiətdəki hər varlığın bir ruhu olduğu inancı vardır.


12.  Taxtaya vurmaq

Qədim Türklər köçəri olduqları üçün, daha əvvəl girmədikləri meşələrə girərkən, meşədəki pis ruhları qovmaq üçün ağaclara vurub qışqıraraq səs-küy çıxarırdılar. Bu hərəkət eyni zamanda təbiət ruhlarına pis hadisələri xəbər verib, onlardan qorunma diləmək məqsədlidir. Taxtaya vurma sayı, yalnız Türk mədəniyyətində deyil bir çox Avropa mədəniyyətində də vardır.


13.  40 gün inancı

Qədim Türk inancına görə ruh fiziki bədənini 40 gün sonra tərk edir. Vəfat edənin “40-dan çıxması” deyimi var. Şamanizmdə ölən adamın ruhu evi tərk etsin, göyə səfərinə başlasın, o biri ruhlar doluşmasın deyə insanlar ölən adamın evində toplanıb ayin edər, yas tutarlar. Bu inanc yeni doğulan uşaqlarda da görülür. Çünki, 40 gün ərzində uşağın yad insanlara göstərilməsi pis ruhların uşağın üzərinə gələcəyinə inanılır.

 

Şüurlu şəkildə yaşamaq ümidi ilə…

Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry