“Yurdda sülh, cihanda sülh” deyiminin başqa bir mənası olan “Məcbur olmadıqda müharibə cinayətdir” cümləsi səmimi olduğu qədər həm də doğru ifadədir. Dünyanın qanlı tarixində çox qısa çəkən sülh qalıcı olmadığı müddətdə göz yaşına və matəmə səbəb olan müharibələrə şahid olacağıq.

İnsanların insanlığı yox etdiyi qanlı savaşlara yenidən nəzər salaq.

İkinci Dünya Müharibəsi

Haqqında bir çox məlumatlar yazılan, valideynlərimizə, onların ailələrinə təsir edən, XX əsrin, bəlkə də bəşəriyyətin ən qanlı müharibəsi II Dünya Müharibəsidir. Məşhur olduğu qədər də dəhşətli nəticələri olan 6 illik bu döyüş sülhü bərqərar etmək üçün başladıldı. Yekun isə göz önündədir, rəsmi məlumatlara görə 60 milyondan çox insan həlak oldu.

Monqol Yürüşləri

On illərlə davam edən Monqol yürüşləri zamanı qan su yerinə axırdı. Çingiz Xanın qurduğu dövlətin “yox etmək” prinsipi ilə irəli atılan qana susamış döyüşçüləri milyonlarla insanın ölümünə səbəb oldu. Yürüşlərin şüarı bir idi “qılıncdan keçir və yandır”.

Çingiz Xan və ondan sonra dövləti bölüşdürən oğullarının davam etdirdiyi döyüşlərdə təxminən 30 milyon insan canını itirdi. Bəzi mənbələrdə bu rəqəmin 40 milyon olduğu göstərilir.

Çində hakimiyyət müharibələri

Tarixin qanlı hekayələrinin bir hissəsinin mövzusu hakimiyyət uğrunda aparılan müharibələrdir. Bu növ hadisələrin baş verdiyi ərazilərin siyahısında ilk yeri Çin tutur. Kökü olduqca qədim olan Çinin Orta Asiyadakı türk dövlətləri ilə münaqişələri çox insana məlumdur. Dövlətin daxilində də edilən müdhiş savaşlar 25 milyon insanın həyatını itirməsinə səbəb olub.

Taypin Üsyanı

Çinin qaranlıq keçmişində qalan Taypin üsyanı zamanı insanlığa sığmayan hadisələr baş verib. Ölkənin daxilində kəndlilərin vergilərə qarşı başladığı etirazlar 1850-1864-cü illəri əhatə edir. 14 il ərzində davam edən üsyanda 20 milyon insan həyatını itirib.

Birinci Dünya Müharibəsi

Gavrilo Princip adlı bir serbiyalı milliyətçinin Avstriya-Macarıstan İmperatoru Franz Ferdinand və onun həyat yoldaşı Sophie-ya təşkil etdiyi sui-qəsd bütün dövlətləri hərəkətə gətirdi. Tapılan bu bəhanə ilə Avropa başda olmaqla digər dünya dövlətləri də müharibəyə başladı. 4 il davam edən savaş 17 milyondan çox insanın öldürülməsinə və illər sonra yuxarıda qeyd etdiyimiz II Dünya Müharibəsinin başlamasına səbəb oldu.

An-Lu Şan Üsyanı

Orta Asiya türkləri arasında baş vermiş daxili müharibələrdən biri An-Lu Şan üsyanıdır. Üsyanın rəhbəri anası türk olan An-Lu Şan adlı şəxs idi. 14 il davam edən bu qarışıqlıqda 13 milyon şəxs həyatını itirib.

Dunqan Üsyanı

Çin torpaqlarında yaşayan ərəb-çin qarışığı olan müsəlmanlar, yəni, Dunqanlar 19-cu yüzillikdə İpək Yolunda qanı su yerinə axıtdı. Üsyan nəticəsində təxminən 9 milyon insan öldü.

Rusiyada vətəndaş müharibəsi və Ağ terror

Çar Rusiyasının tarixindən silinməli olduğu düşünülən bolşeviklərlə monarxiya tərəfdarı Ağ ordu arasında illərdə gedən daxili müharibədə sülhün hesabını təxminən 6 milyon insan canı bahasına ödədi. Qızıl və Ağ ordunun qarşı-qarşıya olduğu mübarizədə son sözü bolşeviklər dedi və nəticədə SSRİ quruldu.

İkinci Konqo döyüşü

Bir tərəfdən qlobal problemlərin çökdürdüyü Afrikaya Avropa və Amerika da digər tərəfdən  zərbə vurur. Filmlərə mövzu olan Konqoda baş verən daxili çəkişmələr və bu müddətdə artan cinayətlər, təcavüzlər insanlıq üçün böyük utancdır. 1998-2003-cü illərdə, 5 il davam edən müharibədə 5 milyon yarım insan yaşamaqdan məhrum edildi.

Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry