1. İtaliya 20 regiondan ibarətdir. Əgər siz cəmi 1 və ya 2 regionda olmusunuzsa, demək İtaliyada olmamısınız.

    2. Hər bir regionun özünün dialekti mövcuddur. Buna görə də qonşu regionların insanları bir-birinin ləhcələrini anlamaya bilər.

    3. Hər bir region kommunaya bölünür. Çox vaxtı qonşu kommunaların insanları da bir-birinin ləhcələrini çətinliklə anlayır.

    4. Siciliya, Kalabriya və Kopaniyada biznesdən əldə olunan gəlirin 80%-i mafiyanın “cibinə” axır.

    5. İtaliyada uşaq evləri yoxdur.

    6. İtaliyada evsiz, yiyəsiz küçə heyvanları yoxdur.

    7. İtaliyada kişilər öz həyat yoldaşlarından qorxur 🙂 (səbəblərdən biri 46-cı faktda qeyd olunub).

    8. İtaliyanın sürücülük qaydalarında qeyd olunub: kimisə yüksək sürətlə ötüb keçmək istəyirsənsə, bunu işıqlar vasitəsilə öncədən xəbər etməlisən. Digər Avropa ölkələrində bu hərəkət ciddi qayda pozuntusu hesab olunur və 1000 avro məbləğində cərimə tətbiq edilir.

    9. İtaliyanın istənilən restoranında kofeni ingilis dilində sifariş etsəniz, 2 dəfə artıq qiymətə ən keyfiyyətsiz kofe içməli olacaqsınız.

  10. Yerli əhali üçün qiymətlər turistlərə nisbətən həmişə aşağı və güzəştli olur.

  11. Su axan boruların, kranların üzərindəki “C” hərfi kranda qaynar suyun axdığından xəbər verir (Calda).

  12. İtaliyanın cənub əhalisi daha mehriban və qonaqpərvərdir.

  13. Suaxar borularda olan nasazlıqlara görə bütün İtaliyada krandan birbaşa su içmək məsləhər görülmür.

  14. Italyanların əksəriyyətinin dəniz kənarında bağ evi var.

  15. Bütün italyan sözləri saitlə bitir.

  16. Hər bir regionun mətbəxi əsaslı sürətdə bir-birindən fərqlənir.

  17. Uzunömürlülüyün səviyyəsinə görə İtaliya dünya ölkələri arasında ilk yerlərdən birini tutur.


http://imageshack.com/a/img540/2924/6hNquR.jpg

  18. İtalyan və ispan dili bir-birinə bənzədiyi və eyni dil qrupuna aid olduğu üçün bu ölkələrin əhalisi də bir-birini azdan-çoxdan anlayır.

  19. İtaliyanın rəsmi dili hesab olunan dil, əslində florensiya dialektinə uyğun gəlir. Bu dialekt Dantenin “İlahi komediya” əsərindən sonra ümumişlək olmuşdur.

  20. İtaliyada 54 polis qurumu var və onların hamısının üzərində silah gəzdirmək hüququ var.

  21. İtaliya və Polşa Avropada ən dindar 2 ölkədir.

  22. İllik vergi bəyannaməsini doldurarkən katolik kilsəyə pay ayrılır.

  23. Ən acgöz və sosial cəhətdən məsuliyyətsiz olan mafiya (Camorra) Kalabriyada yerləşir. Mafiyanın oğurluq fəaliyyəti üzündən 40 ildir ki regionda tikinti işləri bitmək bilmir.

  24. Ekstremal iqlim şəraitindən başqa İtaliyada bütün iqlim quşaqları mövcuddur.

  25. İtaliyada şam yeməyinə xüsusi önəm verilir. Burada axşam süfrəsi zəngin olmalı və bütün ailə üzvləri iştirak etməlidir.

  26. İtalyanlar demək olar ki meyvə şirəsi və ağır spertli içkilər qəbul etmirlər. Buna görə də yerli restoranlarda bu içkilər çətinliklə tapılır.

  27. İtaliyada əsas içkilər: su və şərab.

  28. Dünya mədəni irsinin 60%-i İtaliyada yerləşir.

  29. İtalyanlar zeytun yağını kənddən, zeytunçuluqla məşğul olan kəndlilərdən alırlar. Zeytun yağının marketdən alınmasına pis baxılır.

  30. İtalyanlar ünsiyyət zamanı aktiv olaraq jestlərdən istifadə edirlər. Bunun sadə səbəbi var: regionun əhalisi bir-birinin dialektini daha yaxşı anlamaq üçün bu vərdişə sahib olublar.


http://imageshack.com/a/img673/1382/igGnAY.jpg

  31. Qadınların ünsiyyət zamanı jestlərdən aktiv istifadəsi mədəni cəhətdən mənfi qəbul edilir.

  32. Toya göndərilən dəvətnamələrin sayı 1 və ya 2 olur. 1-ci dəvətnamə kilsədə nikah mərasiminə dəvətdir, 2-cisi isə axşam şənliyinə göndərilən dəvətnamədir.

  33. İtaliya ərazisinin 80%-ni dağlıq ərazilər təşkil edir.

  34. Hələ yarım əsr bundan əvvəl rəsmi italyan dili ancaq ədəbiyyatda istifadə olunurdu. Son illərdə televiziyanın hesabına regionlar rəsmi dili anlamağa başlamışlar. Buna baxmayaraq, İtaliya əhalisinin 20%-i hələ də rəsmi dili anlamır.

  35. İtalyanların 98%-i katolikdirlər.

  36. Əsl italyan pizzası odun üzərində, közdə hazırlanır.

  37. İtaliyanın futbol üzrə milli komandası squdra azzurra “mavi komanda” kimi tərcümə olunur. Oyunçular isə azzurri – mavilər adlanır.

  38. Bu ölkədə alış-veriş edərkən mütləq qəbzi saxlamaq lazımdır, çünki polis sizi yeni alınmış məhsullarla yaxalasa, mütləq qəbz tələb edəcək. Qəbzin yoxluğu isə cərimə ilə nəticələnə bilər.

  39. Əvvəllər Lamborghini traktor istehsal edən kompaniya kimi məşhur idi. Hardan haraya…

  40. İtaliyada məsləhət və “blat” olduqca önəmlidir. Saç kəsdirməyə yaxud həkim qəbuluna məsləhətsiz getmək bu ölkədə qəribə qarşılanır.

  41. İtaliyanın tərkibində 2 anklav dövlət var: San – Morino, Vatikan.


http://imageshack.com/a/img903/2696/0mn9m7.jpg

  42. İtaliyada gecə vaxtı çimərlikdə olmaq qadağandır. Cərimə – 1000 avro.

  43. İtaliya dövlət universitetlərinə qəbul zamanı heç bir qəbul imtahanı verilmir. Tamamilə hər kəs qəbul olunur.

  44. İtaliya universitetlərinin yataqxanası yaxud tələbə kampusu yoxdur. Hər kəs öz imkanına görə mənzil tutmalı olur.

  45. İtaliyanın bir çox universitetlərində sessiyalar – imtahan həflərəi mövcud deyil. Hər kəs şəxsi hazırlıq səviyəsinə görə özünə uyğun vaxtda imtahan verə bilər.

  46. İtaliyada nikahı pozma, yəni boşanma prosesi 3 il davam edir. Boşanmadan sonra isə ola bilər ki, məhkəmə keçmiş arvadını saxlamaq kimi öhdəliyi kişinin boynunda saxlasın. (buna görə kişilər öz həyat yoldaşlarından ehtiyatlanır, hətta qorxur).

  47. İtalyanlar işləməyi sevmirlər, lakin bu sözlərdən möhkəm küsürlər.

  48. İtalyan polislərinin formasını “Prada” modalar evi tikir.

  49. Necə ki, Azərbaycanda müraciət forması kimi çox vaxt “müəllim” sözü işlənir, eləcə də İtaliyada hörmətli insanlara “doktor” deyə müraciət edirlər, lakin bu o demək deyil ki, müraciət olunan şəxsin tibblə əlaqəsi var.

  50. İtalyanlar göy göz insanlara qarşı ehtiyatla yanaşırlar. Beləki, onlar hesab edirlər ki, göy göz insanın pisgözü, nəfsi var. Nəzərdən qorunurlar Laughing


http://imageshack.com/a/img673/9316/SFH2iY.jpg

Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry