Anam film izləməyi çox sevir. Elə bu səbəbdən də kiçik yaşlarımdan məndə də maraq yaranıb. Hər janrda filmləri izləyirəm. Jackie Chan isə uşaqlığımı xatırladır. Çox böyük həvəslə kasetlərini gözləyirdik. İndi hər şey daha əl çatan olub, ancaq yenə də həmən vaxtları xatırlayanda üzümdə xoş təbəssüm yaranır. Fikirləşdim ki, Jackie çoxumuzun kiçik yaşlardan sevdiyi film qəhrəmanıdır. Bəs onun haqqda hər şeyi bilirik mi? Araşdırıb, maraqlı məlumatlarla gəldim. Ümid edirəm, sizlər üçün də bunları bilmək maraqlı olacaqdır.

Jackie 5 yaşından etibarən səhnə alır. Balacalıqdan çox hərəkətli olub. Dərslərində o qədər də bacarıqlı olmayan balaca Çinli oğlan ilk sinifdə məktəbdə elə də çox uğur qazanmamışdı.

İlk dəfə aktyorluğa Bruce Lee-nin düblyorluğunu edərək başlayıb.

O, 7 dildə danışa bilir. Bir neçə dəfə səsləndirməni də bu dillərdə müxtəlif filmlər üçün edib. Yaxşı səsi var. Bu səbəbdən də Mulandakı “I’ll make a man out of you” mahnısını çincə oxumuşdur.

Jackie təkcə aktyor deyil. O, həm də yaxşı direktor, müğənnidir. Çox bacarıqlıdır və ən çox film krediti olan aktyor kimi Ginnes kitabına düşmüşdür.

Onu və komandasını filmlərdə heç kim sığortalamır, ancaq Jackie Chan özü bu işi görür və hər kəsin sığortası onun tərəfindən qarşılanır.

Təhlükəli səhnələri həyata keçirməklə məşhur olan çinli aktyor bir dəfə başını möhkəm əzib və hal hazırda da başında böyük deşik var. Dərhal müdaxilə edilib və dəmir parça ilə ona süni baş sümüyü düzəldilibdir.

Jackie Chan məşhur “Rush Hour” filmini heç xoşlamır. Mənasız səhnələr və başa düşülməyən Amerikan yumoru ilə zəngin olduğunu deyir, ancaq pulun həll etmədiyi çox az şey ver 🙂 Elə ona təklif edilən böyük pul miqdarı da Jackie-ni bu filmə çəkilməyə razı salıb.

Londondakı yumşaq ayı oyuncaqlar mağazasına səyahət edərkən iki panda alıb. Onların adları  Chan La və Chan Zy-dir. Bütün görüşdüyü insanlardan onlarla şəkil çəkdirməyini istəyir. Bütün səyahətlərində pandaları özü ilə götürür və qarşısına çıxan insanlardan onlarla şəkil çəkdirməyini istəyir. Hətta bir dəfə qazandığı mükafatı almağa gələndə də bu pandalar onunla idi.