Kitab ən yaxşı dostdur. Kitablarda axtardığımız sualların cavabların tapırıq, kitablar təfəkkürümüzü qidalandırır, kitablar fərdi şəxs kimi yetişdirir, kitablar ən yaxşı intellektual istirahətdir. Bu siyahını sonsuzadək uzatmaq olar buna görə də biz kitab oxumağın faydalılığı haqqında deyilmiş ən maraqlı kəlamları təqdim edirik :

    1. Mükəmməl yazıçıların əsərlərini oxuya-oxuya mükəmməl nitqə sahib olmaq olar ( F.Volter ).

    2. Mədəniyyət – oxunmuş kitabların kəmiyyəti deyil, mənasını, ideyasını anladığımız kitabların kəmiyyətidir ( Fazil İsgəndər ).

    3. Kitab oxuyan insanlar televizora baxan insanları hər zaman idarə edəcək ( F.Janlis ).

    4. Çox oxuduqca az yamsılayırsan, özün olursan ( Jül Renar ).

    5. İnsanlar 2 kateqoriyaya bölünür: kitab oxuyanlar və kitab oxuyanları dinləyənlər ( Verber Bernard ).

    6. Oxumağın təfəkkürə faydası fiziki hərəkətlərin bədənə olan faydasına bərabərdir ( Cozef Addison ).

    7. Kitabları yandırmaqdan da pis cinayət, məsələn, onları oxumamaq ( Rey Bredberi ).

    8. Savadlı olmaq üçün 10 dənə kitabı oxumaq kifayət edər, amma həmin kitabları tapmaq üçün minlərlə kitab oxumaq lazımdır.

    9. Kitablar- zaman dalğalarında üzən düşüncə gəmiləridir, hansı ki, dəyərləri nəsildən nəsilə ötürür ( Frensis Bekon ).

    10. Unutmayın: təsəvvürləriniz oxuduqlarınızla müəyyən olunur.

    11. Yaxşı kitab aysberqə bənzəyir. Böyük və əsas hissəsi ilk baxışdan görsənir ( Ernest Heminqvey ).

    12. Yazıçılar ölməmişdən öncə minlərlə həyatı yaşayırlar. Kitab oxumayan insanlar isə yalnız 1 həyatı yaşayırlar ( D.Martin )

    13. Başqalarının ağıllı, hikmətli sözlərini oxuyarkən öz təfəkkürümüzdə də  elə sözlər yaranmağa başlayır.

    14. Mütaliyənin paradoksu: o, bizi reallıqla doldurmaq üçün reallıqdan uzaqlaşdırır ( D.Pennak ).