Lobotomiya – psixi pozuntulardan əziyyət çəkən pasientlərə tətbiq olunan cərrahiyyənin ən qəddar forması idi. Məlumdur ki, insanların psixi sağlamlığı haqqında müasir tibbin belə nailiyyətləri böyük deyil. Beləki, insan beyni olduqca mürəkkəb quruluşa malikdir və iti alətlə beyni “qurdalamaqla” ancaq mənfi nəticələr əldə etmək olar. Təəssüf ki, keçən əsrin “həkimləri” bunu anlamaqda çətinlik çəkib yaxud sadəcə uğursuz eksperimentlərə son qoymaq istəməyiblər. Nəticədə bir çox insanın sağlamlığına ciddi ziyan dəymiş, hətta həyatına son qoyulmuşdur.

Lobotomiyaya məruz qalmış pasientlərin əksəriyyəti psixi sarsıntılardan əziyyət çəkirdi. Pasientlərin bir qismi isə sadəcə depressiya, dərin kədərdən əziyyət çəkdiklərinə görə həkimlərə müraciət etmiş və nəticədə ciddi beyin travmaları almışdılar.

Lobotomiya tarixinə aid bir neçə faktı sizə təqdim edirik:

1935-ci ildə portuqaliyali psixiatr-neyrocərrah Eqaş Moniş yeni bir eksperiment haqqında eşidir: təcrübə lobarotoriyalarından birində şimpanzenin alın kürələri çıxarılır və şimpanzenin davranışlarında dəyişiklik baş verir, beləki heyvan sakit olur və asanlıqla əmrə tabe olur. Bu təcrübədən təsirlənərək Monişin ağlına belə bir fikir gəldi – insan beyninin alın kürələrini almadan beyindəki ağ maddəni xaric etməklə insanı şizofreniya və digər ruhsal problemlərdən, aqressiv davranışlardan azad etmək olar.

Eqaş Monişin nəzarəti altında ilk lobotomiya cərrahiyyəsi 1936-cı ildə keçirilmişdir. Həmin əməliyyat zamanı pasientin kəllə sümüyü yarılaraq qarmaq keçirilirdi, daha sonra qarmaq fırladılaraq alın kürələrindən “ağ maddə” ixrac olunurdu. Moniş 100-ə yaxın belə əməliyyat həyata keçirmişdir və tezliklə öz müşahidələrini paylaşmışdır. Onun müşahidələrinə əsasən pasientlərin 1/3-i sağalmışdır, 1/3-nin sağlamlığında irəliləyiş olmuş və qalan hissəsində isə müsbət dəyişiklik müşahidə olunmurdu. Tezliklə bu metod digər ölkələrdə yayılmağa başladı. 1949-cu ildə isə Eqaş Moniş nailiyyətinə görə tezliklə Nobel mükafatına layiq görülür. Kim nobel mükafatı laureatı ilə mübahisə edər?

Monişin kəşfi bir çoxlarının diqqətini çəkdi, lakin metodun ən aktiv təbliğatçısı amerikalı psixiatr Uolter Cey Friman olmuşdur. Şəkildə Uolter Friman və onun həmkarı təsvir olunmuşdur. Hər iki amerikalı həkim minlərlə lobotamiya əməliyyatı keçirərək lobotomiyanın kralı hesab olunurdular. Friman ağrıkəsici qismində elektroşokdan istifadə edirdi. 1945-ci ildə Friman lobotomiyada tətbiq olunacaq yeni metodu kəşf etdi. Beləki, artıq pasientlərin kəllə sümüyü kəsilməyəcəkdi. Bunun əvəzinə buzqıran kəsici alətə bənzəyən alətdən istifadə oluncaqdı. Həmin alət göz dəliklərindən keçirilərək beyinə yeridilirdi.

Bu cür əməliyyatlar beyinə bərpa olunmayan zərbələr yetirirdi və pasienti bir çox hissiyyatlardan azad edərək onu faktiki “robota” çevirirdi. Friman metodikanı uğurlu reklam edirdi. Hətta, xüsusi “lobotomobil” düzəldərək bütün ölkəni əməliyyatlar keçirmək səbəbi ilə gəzirdi. Friman nəinki öz avtofurqonunda ölkənin bütün şəhərlərində əməliyyatlar edir, həmçinin bunu kütlənin qarşısında edərək bir şouya çevirir.

Lobotomiyanın qurbanları sırasında qadınlar üstünlük təşkil edirdilər

Lobotomiya cərrahiyyə alətləri

Uolter Cey Friman və həkim köməkçisi.

Lobotamiyanı uşaqlara da tətbiq edirdilər və əməliyyata göstəriş kimi nəinki sinir xəstəlikləri və əqli zəiflik, hətta adi dəcəllik də göstərilə bilərdi…