Hər kəsin sevmək, sevilmək kimi bir haqqı vardır və bu iki amil birləşəndə sevgi münasibəti qurulur. Sizə türkiyəli psixiyatr Gülcan Özerin münasibətdə olan və gələcəkdə münasibət quracaq şəxslərə 7 tövsiyəsini çatdırırıq. Münasibətdə etdiyimiz səhvlər ən xoşbəxt anlarımızı belə unutdurub, münasibətin bitməsinə səbəb ola bilər. Odur ki, aşağıda qeyd olunanları diqqətlə oxuyun. 🙂


  1. Kişi tərbiyə edilməz, tərbiyəlisi alınar“. Bu təbii ki, kişilərə də aid deyilə bilər. Qadınların cibində partnyorlarlı ilə bağlı iddialı bir “dəyişdiriləcəklər” siyahısı vardır. Dəyişdirmək istədiyiniz, “dəyişdirmək” siyahınız olan biri ilə evlənməyin. Yaxşı dəyişməyəcəyikmi? Mütləq şəkildə dəyişəcəyik. İnsan hər zaman dəyişir, ancaq “dəyişdirmə” siyahınız olarsa insanın olan dəyərinin üstünə keçirsiniz, bir layihə halına gətirirsiniz və mənlik təbii olaraq bunu istəmir, özünü qoruyur. Yung deyir ki, bir qadın və kişinin münasibəti kimyəvi reaksiyaya bənzəyir. Əgər reaksiya gerçəkləşirsə, hər ikisi dəyişir. Bu o deməkdir ki, qəlb qəlbə toxunarsa dəyişiklik öz-özlüyündə baş verəcəkdir.

  2. Növbəti səhvlər qaynana və gəlin arasında yaşanır. Bu söhbət Osloda olsaydı bu mövzuya gərək qalmazdı, ancaq bizim cəmiyyət üçün bu əsas problemlərdəndir. Burada mövzu budur, ortada bir adam var, bir tərəfində ona illərini vermiş ana, digər tərəfində ona gələcəyini vəd edən qadın. Görüləcək təməl məsələ, kişi hər şeyini yığıb ortadan gedəcək mütləq bir şəkildə və o iki qadın bir-birləri ilə münasibət qurmağı öyrənəcək. Gənc olanın performansı daha çox olacaq. Partnyorun ailəsinin sevməyi bacarmağı, yola getməyi gərəkdir. Xarakteriniz uyğun olmaya bilər, ancaq nəzakətin çox yuxarıda olmağı lazımdır.

  3. Cinsəllik evliliklərdə və münasibətlərdə ən tez sarsılan mövzudur. Burada qadın və kişinin bir-birlərini anlaması önəmlidir.

  4. Münasibətin ən çox gərginləşdiyi an valideyn olan vaxtdır. Ana ata olmaqla, ər arvad olmaq tamamilə fərqlidir. Valideynlik bütün münasibətin üstünü örtür və siz bir müddətdən sonra özünüzü ancaq valideyn kimi görməyə başlayırsınız. Əvvəlki nəsil bunu bilir, öyrəşmişdir. Yeni nəsil isə xoşbəxt olmaq və həzz almaq mövzusunda iddialı və iddiaçıdır və buralarda itirilən o həzz münasibətə təsir edir. Xaricdə bəzi terapiya mərkəzləri doğuşdan sonra 3-4 il ərzində gördüyü cütlüyü tək vaxt keçirmək müqaviləsi olmadan görmür. Məsələn, amerikalılar doğuşdan sonrakı 4 il ərzində boşanırlar, buna da səbəb tarazlığın sarsılmasıdır. Qətiyyən və qətiyyən bu xətlərin bir-biri ilə bağlantısı olmadığını bilməyimiz lazımdır. İki şey önəmlidir; birincisi uşaqsız zaman keçirəcəyik bu çox vacibdir, ikincisi bir-birimizin valideynliyinə qarışmayacayıq.

  5. Burada 3 sual var: 1) Bu adamla niyə evlənirəm? 2) Harda problem yaşayıram? 3) Bu yaşadığımda mənim rolum nədir? Münasibətdə ehtiyaclar dəyişə bilir. Məsələn, bu adam əyləncəlidir deyə evlənirik, evləndikdən sonra evə heç gəlmir deyə boşanırıq yaxud bu qadın çox diqqətlidir, qayğıkeşdir deyə evlənirik, sonra mən ana qadın istəmirəm deyib boşanırıq. Hekayənin burasında ehtiyaclar dəyişir, bu əsnada partnyor və münasibət buna uyğun dəyişə bilirsə nə gözəl, ancaq bu olmasa, ciddi problemlər üzə çıxır.

    Cütlüklərin problemlərini saysaq bitməz, həddən artıq çoxdur və barmaq izi qədər müxtəlifdir cütlükdən cütlüyə dəyişir.  Bu 3-cü sualın cavabı çox qiymətlidir.   “Harada xəta etdim?”, “nə edirəm?”, “səhvim nədir?” bu suallar cütlüklərlə görüşərkən dananın quyruğunun qopduğu yerdir. 🙂 Sizin hekayədə rolunuz nədir? soruşulanda deyər ki, “məni çox əsəbləşdirir”, “çox küsür”, “çox ünsiyyətsiz”. Yaxşı, siz nə edirsiniz? “edirəm, amma…” başlayan cümlələr olur. “Amma” ilə başlayan hər cümlə bəhanədir, gerisi də hekayədir. Yəni, kişi qışqırır, qadın küsür.  “Küsür qışqırıram”, “qışqırır küsürəm” – bu dəhlizdən çıxmaq olmur. Münasibətdə öz məsuliyyətimizi qəbul etməliyik, bu həyatda da belədir.


  6. Ünsiyyətin ustaları var, möhtəşəm ünsiyyət quranlar var. Ünsiyyət budur – mən danışıram siz başa düşürsünüz, siz danışırsınız mən başa düşürəm. Qətiyyən uzlaşmada deyilik. Cütlüklər arasında ünsiyyətdə bu tərifin vacib olduğunu düşünürəm “uyğun olmadığınız mövzularda uyğunlaşmalısınız”. İnsanların mədəniyyətləri, düşüncələri fərqlidir. Bir adamla bütün mövzularda uyğunlaşa bilməzsiniz, ünsiyyət qurarkən “uzlaşmamağı” cibinizdə tutun.

  7. Nəhayət, gəldik sonuncu bəndə. Evliliyin ağıllı bir iş olduğunu düşünmürəm, ancaq hər kəsə ən az bir dəfə evlənməyi tövsiyə edirəm. Evlilik ağıl yox, istək oyunudur. 🙂

Yolunuzun və könlünüzün açıq olmağını diləyirik! Münasibətləriniz hər zaman sevgi və anlayışlı şəkildə davam etsin… 🙂