İlin əvvəlində hələ Uhanda 10-15 nəfər koronavirusdan vəfat edən zaman, vəziyyətin ciddiliyi barədə izləyici və oxucularımıza paylaşımlar etməyə başladıq. Sosial məsafə saxlamaq zərurətlərini vaxtaşırı onlara aşılmağa başladıq. Daha sonra bizim ölkədə də xüsusi rejimli karantin rejimi oldu və sosial məsəfə qaydalarının əməl olunması zərurəti aşılanmağa başladı. 10 nəfərdən artıq insanın toplaşmağı qadağan edildi. Pandemiya dövründə qanun hamı üçün eyni olduğu üçün məktəblərin son zəngi, tələbələrin məzun günündən tutmuş dövlət əhəmiyyətli tədbirlərə kimi hər şey ləğv oldu.

Haqlı olarkən haqsız duruma niyə düşdük?

Ağ şəhərdə oturarkən (red. 09.06.2020) “qadanalaram, qadanalaram” deyə səs eşitdik, diqqətimizi çəkdi. Eyvandan baxanda çoxlu insanların toplaşması və rəqs etməsi diqqətimizi çəkdi. Məlum oldu ki, Murad Arifin klipinin çəkilişi gedir. Bunu Facebook və İnstagramda paylaşdıq. Murad Arif rəy yerində bizə “mərdimazar Bildirchin” deyə xitab etməsini nə biz, nə də izləyicilərimiz bəyəndi. Bunun nəticəsində 1000’ə yaxın izləyicimiz həmin anda məsələdən agah oldu və Muradı “bombalamağa” başladı.

Həmin video:

 

 

 

Murad isə öz növbəsində özünə haqq qazandıraraq 45 nəfərə çörək verdiyini qeyd edib (10 nəfərdən artıq insanın toplaşmağının qadağan olunduğu və sosial məsafə qaydalarına əmin olunmasının vacibliyini nəzərə almadan). 

9-cu ilinə qədəm qoyan “Bildirchin” bizim yox izləyicilərimizin olduğundan haqlı olaraq böyük axın dəstəyimizə qalxdı və Murad üzrxahlıq etmədən rəyini silməklə kifayətləndi. Bütün dəstək göstərən izləyicilərimizə təşəkkür edirik ❤️  və bəzi şərhləri burada paylaşırıq.

 

Bonus: “Instagram”da “Dostlar vəziyyət çox kritikdir” mesajını verəcək status yazıb səhərisi gün belə etməyinin özü də ayrı bir müzakirə mövzudur. 🤦‍♂️