Əslən Kolumbiyalı olan bu narko baron həyatı boyu etdikləri ilə də olduqca yaddaşlarda qala bilmişdi. Məhz Escobar haqqında inanılmaz 10 həqiqət.
1. Pablo Escobar, 1949-cu ildə əkinçi bir ata və məktəb müəlliməsi olan bir ananın oğlu olaraq Kolumbiyada dünyaya gəlib.
2. Narkotik ticarətinə başlamazdan əvvəl avtomobil oğurluğu və oğurlanmış məzar daşı satma kimi işlər görürdü.
3. Pablo Escobar narkotik ticarətinə girdiyi zaman isə sanki bu iş üçün doğulmuş kimi inanılmaz uğur qazana bildi. Belə ki, həftədə 420 Milyon dollar qazanmağa başladı. İllik gəliri isə 30 milyard dollara qədər çatmışdı.
4. Pullarını bir yerdən başqa yerə daşımaq üçün özünə şəxsi təyyarə belə almışdı. Əlbəttə bu təyyarə ilə kokain də daşıyırdı.
5. Bu təyyarənin təkərlərinə kokain yerləşdirə biləcəyini öyrəndikdən isə, gündə 500.000 dollar daha çox qazanmağa başladı.
6. Pablo Escobar xalqa özünü sevdirməyi də unutmamışdır. Ölkəsində bir yardım fondu yaratmış və parklar, məktəblər tikdirib xalqa daim kömək edirdi. Xalq bir zaman sonra Escobarı Robin Hood adlandırmağa başlamışdı.
7. Qardaşı və baş mühasibi Roberto Escobarın dediyinə görə Pablo Escobar sadəcə pullarını bükmək üçün də pul bağlamaq üçün istifadə olunan rezinlərə ayda 2500 dollar pul xərcləyirdi.
8. Ancaq belə böyük pulları saxlamaq üçün seçdiyi yerlər xarabalıqlar olduğuna görə hər il pullarının 10 %-ni siçanların yeməsindən və bir çox səbələrdən dolayı itirirdi, amma Pablo Escobar üçün bu elə də böyük bir məbləğ deyildi.
9. Escobar o qədər qeyri leqal ticarətini böyütdü ki, gündə Amerikaya 15 ton kokain göndərməyə başladı. Bu səbəbdən də Amerikanın diqqətini çəkdi və Amerika höküməti Kolumbiyaya təzyiqlər göstərməyə başladı.
10. Pablo Escobarın ən qorxduğu şey isə Amerika həbsxanalarında cəza çəkmək idi. Məhz bu səbəblə Kolumbiya hökumətinə, hökumət borclarını bağlamağa qarşılıq (on milyardlarla dollar), cinayətkar ekstradisiya qanununu dəyişdirməyi təklif etdi, lakin qəbul edilmədi…