Nick Vujicic dünyaya nadir bir xəstəliklə gəlmişdir – onun əli və ayaqları yoxdur. Nick uzun müddət xoşbəxt olmağı öyrəndir və o bunu bacardı. İndi isə o, yalnız özü kimilərə deyil, həm də sağlam insanlara ümid və həyat eşqi bəxş edir.

Nick Vujicicin “Sərhədsiz həyat” adlı kitabından ilhamlandırıcı sitatları sizinlə paylaşarıq:

  • Dosta ehtiyac duyduğunuz zamanlarda kiməsə dost olun. Ümidə ehtiyac duyduğunuz anlarda ümid bəxş edin.

  • Heç kəs açmırsa, eyni anda bir neçə qapını döyün.

  • Biz biri-birimizdə pis xüsusiyyətlər və qüsurlar  tapa bilərik. Ancaq mən qızıl zərrəciklərini axtarmağa üstünlük verirəm.

  • Özünüzü elə aparın ki, siz öz əməlləriniz ilhamlandırsın.

  • Özünüzü qəbul etmədiyiniz zaman, başqa insanları qəbul etməyinizə imkan yoxdur.

  • Dünyada bir çox problemlər məndən yan keçmişdir. Əminəm ki, mənim həyatım bir çox insanların həyatından daha asandır.

  • Mən kömək istəməyin lazımlı və vacib olduğunu erkən anladım. Bədəniniz normaldır və ya deyil, fərqi yoxdur: bəzi şeylərin öhdəsindən tək gəlmək mümkün deyil.

  • Həyatınızın sonunu təsəvvür etməyə çalışın. Daha sonra isə elə yaşayın ki, həmin nöqtəyə gəldiyiniz an, heç nə üçün peşimanlıq duymayasınız.

  • Özlərini uğursuz hesab edən insanlar, əl çəkib təslim olduqları zaman uğura nə qədər yaxın olduqlarından xəbərsizdirlər.

  • Əslində xeyirxahlıq toxumlarını əkmək üçün nəhəng işlərə ehtiyac yoxdur. Bəzən kiçik əməllər belə bir insan üçün böyük əhəmiyyət daşıya bilər.

  • Daha bir gün daha bir fürsətdir!