Çoxları razılaşar ki, son onilliklərin ən çox baxılan multiseriallarında biri də “Simpsonlar”dır. 28 il, 29 mövsüm və 600-dən çox seriya ərzində ssenaristlər izləyiciləri dəfələrlə təəccübləndirməyi bacarıblar. Deyəsən, bu oğlanlar çoxlarımızın bilmədiklərini bilirlər. Bu öncəgörmələrin bəzilərini sizə təqdim edirik. Yaddan çıxanlar və ya bizim də bilmədiklərimiz varsa, şərh yazaraq əlavə edə bilərsiz, dostlar ! 🙂

1. Donald Trampın prezident seçilməsi. 10 il əvvəl Simpsonların bir seriyasında Bart gələcəyə səyahət etmişdi. O, arvadı Lizanın Donald Trampdan sonra prezident olduğunu görmüşdü. Liza deyirdi ki, Tramp ölkəni müflisləşdirib.

2. Ağıllı saat. 1995-ci ildə bir seriyada smart saatlar barədə göstərmişdilər. Artıq 15 il sonra saatlar satışa çıxdı.

3. Yunanıstanda iqtisadi böhran. 5 il əvvəl bir seriyada Homer xəbərlər verilişinin qonağı idi. Titrlərdə yazılmışdı ki, Avropa Birliyi Yunanıstanı e-bayda satışa çıxarıb. 3 il əvvəl, həqiqətən də Yunanıstanda ağır böhran başladı

4. Nobel mükafatı. 2010-cu ildə bir seriyada Benqt Holmströmun adının Nobel Mükafatına real namizədlər siyahısında görürük. 6 il sonra isə alim öz mükafatını alır.

5. Ağ pələngin Roy Horna hücumu. 1993-cü ildə bir seriyada böyük ağ pələngin öz təlimçilərinə hücumunu göstərmişdilər. 10 il sonra Ziqfrid və Roya öz pələngləri hücum etdi.

6. 2014 Dünya Çempionatı. 2014-cü ildə bir seriyada FİFA-da korrupsiya və Almaniyanın Braziliya üzərində qələbəsindən danışılırdı. Bir neçə ay sonra Almaniya Dünya çempionu oldu və Beynəlxalq Futbol Federasiyası korrupsiya skandalının mərkəzində idi.

7. “Guitar Hero”nun yaranması. Bir seriyada The Rolling Stones-ın üzvləri Mik Cager və Kit Riçards Homerə üzərində Guitar Hero (gitara qəhrəmanı) adlı gödəkçə bağışlayırlar. Bir neçə il sonra isə Dünyada çox məhşur olan eyniadlı oyun meydana gəldi.

8. Trampın Səudiyyə Ərəbistanına səfəri. Arabir Simpsonların təxminləri dəhşətli dərəcədə düzgün olur. Məsəlçün, serialda Trampın prezidentliyindən və onun Misirlə və Səudiyyə Ərəbistanı ilə İttifaq yaratmaq istədiyindən danışılırdı. 14 il sonra isə, həqiqətən də bu baş verdi.

9. Əkiz Binalara hücum. Simpsonlar ailəsi çoxlu səfər edirlər. 1997-cu ildə bir seriyada göstərilə birinci Nyu-York səfəri daha yaddaqalan olub. Belə ki,seriyada göstərilən 9 dollar 11 sentlik Nyu-York turu reklamında terakta eyham vurulduğu düşünülür. 4 ildən sonra terakt baş vermişdi.

10. Ebola virusu. 1997-ci ildə yayımlanan daha bir seriyada Marc kitabdan Barta nağıl oxuyur. Kitabın üz qabığında isə “Hər şeylə maraqlanan Corc və ebola virusu” yazılmışdı. 7 il sonra isə Dünya ebola virusu ilə tanış oldu.

11. Videozənglər. bir neçə il əvvəl Liza gələcəyə səfər etmişdi. Orada, o, anası ilə videozəng vasitəsilə danışırdı. Həmin dövr üçün bu fantastika idi. Cəmi 15 il sonra smartfonda bu funksiya işə düşdü.