Hemoqlobinin əvəzolumaz xüsusiyyəti ondan ibarətdir ki, bu element oksigeni ağciyərlərədən alıb bütün toxuma və orqanlara daşıyır. El arasında “qan artırmaq” tanıdığımız ifadə əslində elə hemoqlobinin artırılmasıdır və bunun bir neçə üsulu var. Bu günkü məqaləmizdə hemoqlobinin artmasına səbəb olan 7 ərzağı sizlərə təqdim edirik:

http://imageshack.com/a/img538/6903/STCxcM.jpg

Çuğundur. Çuğunduru həm çiy halda yemək, həm də çuğundur şirəsini qəbul etmək eyni təsirə bərabərdir.


http://imageshack.com/a/img661/6537/mxQoHQ.jpg

İtburnu dəmləməsi. İtburnu dəmləməsi qanın artmasına səbəb olmaqla yanaşı, həm də immunitetinizi qüvvətləndirəcək.


http://imageshack.com/a/img540/9568/AWezen.jpg

Yer kökü şirəsi. Yer kökünün təsirini görmək üçün onu həftə ərzində 3-4 dəfə qəbul etmək lazımdır.


http://imageshack.com/a/img537/4956/h93DGt.jpg

Bal və qoz fındıqdan ibarət qarışıq. Bu qarışıq nəinki qanınızı artıracaq, həm də qüvvələrinizi bərpa edəcək.


http://imageshack.com/a/img633/9102/vfUrNg.jpg

Çiyələk. Çiyələyi səhər erkən qəbul etmək daha məqsədə uyğundur.


http://imageshack.com/a/img538/5989/DEnzSf.jpg

Sonda isə gündəlik qida rasionunuza diqqətlə yanaşıb, aşağıda təqdim olunan ərzaqların gündəlik qəbulun artırmaq lazımdır: qaraciyər, mal əti, qoyun əti, qarabaşaq, alma, moruq, nar.