1. Dabbaq sevdiyi dərini yerdən yerə vurar.

    2. Dadanandansan ,qudurandan?

    3. Dadananla quduranı saxlamaq olmaz.

    4. Dadsız aşa duz neyləsin, ağılsız başa söz neyləsin?

    5. Dağ iti gəldi, bağ mitin qovaladı.

    6. Dağ quşu dağa yaraşar, bağ quşu bağa!

    7. Damcı inadıyla daş dələr.

    8. Damara baxarlar qan alarlar.

    9. Darıya girən donuz payanı özünə qəbul edər.

  10. Daş daşa, dırnaq daşa, siz savaşa, biz tamaşa.

  11. Daşa mıxı çaxanda biri mıxa, üçü özünə dəyər.

  12. Daşın böyüyü dostdan gəlir.

  13. Dava darlıqdan çıxar.

  14. Davalı söz baş yarar,doğru söz daş.

  15. Dedi xacəyəm, dedi neçə oğlun var.

  16. Dedilər: -Molla, aş aparırlar. Dedi: -mənə nə. Dedilər: -sizə aparırlar. Molla dedi: -sənə nə?.

  17. Dediyindən dönsən, el dönər səndən, dediyini tutsan, el tutar səni!

  18. Dədəsindən nə gül dərdim, balasından gülab çəkim?

  19. Dədəsini görməyən şahlıq iddia edər.

  20. Dəli dəlidən xoşlanar, molla ölüdən.

  21. Dəli dostun olunca, ağıllı düşmənin olsun.

  22. Dəli ilə dövlətli – ikisi də bildiyin edər.

  23. Dəli qız dayısından yaşınar.

  24. Dəli utanmaz, yiyəsi utanar.

  25. Dəlicə qızdan, qədlicə gəlin olar.

  26. Dəlləkliyi bizim başımızda öyrənir.

  27. Dəmiri nəm çürüdər, igidi qəm.

  28. Dəni məndən yeyir, başqa yerdə yumurtlayır.

  29. Dərd var, gələr keçər, dərd var- dələr keçər.

  30. Dərdli söylədiyin dəli söyləməz.

  31. Dərə yiyəsiz olanda tülkü bəylik edər.

  32. Dəvə məkkəyə getməklə hacı olmaz.

  33. Dəyirmançı qızını ərə verdi, arvadını da üstəlik.

  34. Dilim-dilim olasan, dilim.

  35. Dost ilə ye , iç, amma alış-veriş eləmə.