“Filankəsin uşağı özünü pis aparır!”, “Filankəs yoldaşı ilə yola getmir!”, “Filankəsin rəftarı dəyişib, yəqin maaşı çoxalıb!”, Filankəs…. Filankəs…. Bu sözləri hamımız eşitmişik! Bu nədir? Bu qeybətdir!

Hamımız qeybət etmişik, hamımız da qeybət eşitmişik, ancaq bu nə dərəcədə doğrudur? Ümumiyyətlə necə yaranıb? İndi sizə bu haqda məlumat verəcəm, ancaq məndən eşitməmisiniz aaaa 🙂

Qeybətin böyük ehtimal nağılla əlaqəsi olduğu düşünülür. İnsanların gündəlik həyatlarında olan söhbətlərlə yayılır. 16-cı əsrə qədər düşünülürdü ki, qeybət sadəcə insanların söhbətidir və yeni dostluqların yaranmasına kömək edir. İnsanlar həyatları haqqında söhbət etmək daha sonradan qeyri etik hərəkət olaraq qəbul edildi və bu pis vərdişdən gedərən uzaqlaşmağa başlanıldı.

Qeybətin yaranma səbəbi nədir?

İnsanlar hər zaman axtarışdadırlar. Onlar yeni insanlarla tanış olmaq, daha böyük çevrəyə sahib olmaq istəyirlər. Eyni düşündüyün insanların əhatəndə olması daha yaxşı hiss etdirir. Bu səbəbdən də onlar ortaq bəyəndikləri və bəyənmədikləri mövzular haqqda danışırlar. Bu kimsə haqqda da ola bilir. Beləliklə də qeybət yaranır və durmadan da söhbətlər çoxalır.

Bəzi insanlar isə başqa insanların sevincinə şərik ola bilmirlər və etdikləri sadəcə kiminsə uğursuzluğuna sevinməkdir. Belə hallarda onların söhbətləri də əsasən sevmədikləri insanların yaşadıqları xoş olmayan hadisələr olur.

Necə qeybət etməyək? Qeybəti necə tərgidək?

Əlbəttə, hamı danışır. Bəzən elə özümüzün də xoşuna gəlir. Ancaq bu qeyri etikdir və əmin olun əhəyat bumeranqdır. Özünüzün də qeybət mövzusu olmamağını istəyirsinizsə o zaman siz də etməməlisiniz! Bunun üçün sizə qeybət edən adama bu sualı verməyiniz kifayətdir!

BUNLARI MƏNƏ NİYƏ DANIŞIRSAN?

Araşdırmalardan sonra bəlli olub ki, bu sualı verdikdə qeybət edən adam səbəb axtarmağa çalışır. Daha sonra etdiyi şeyin doğru olmadığını anlayır. Əgər anlamasa belə sizinlə bu mövzuda danışmağın düzgün olmadığını anlayır. Beləliklə, bir qiybətə YOX demiş oluruq!

Mövzular boldur! Məncə qeybət edən adama daha faydalı bir iş etdirə bilərsiniz. Deyin ki, bu ingiliscə yanıltmacı əzbərləsin! Ən azından tələffüzünə kömək olar 😀

Peter Piper picked a peck of pickled peppers. How many pickled peppers did Peter Piper pick?