Qısqanclıq müqayisədir. Biz isə müqayisə etməyə öyrəşmişik, hər zaman müqayisə etməyə adət etmişik. Kiminsə qəşəng evi var, kiminsə daha yaxşı bədən forması, kiminsə çoxlu pulu. Yanınızdan keçən istənilən şəxslə edin özünüzü. Nəticə – qısqanclıqdır.

Əks təqdirdə isə, yəni siz müqayisə etməyə son qoyandan sonra qısqanclıq da yox olur. Bu halda anlayırsınız ki, siz kimsiniz, heç kim siz ola bilməz, buna ehtiyac da yoxdur.

Müqayisə çox axmaq münasibətdir, çünki hər bir insan özlüyündə unikaldır, nadirdir, müqayisə edilməzdir. Elə ki siz bunu dərk edirsiniz, qısqanclıq da yox olur.

Sizi qısqanc edən nədir?

Siz bir qadını, yaxud da kişini sevirsiniz, siz o qadına ya kişiyə sahiblik etmək istəyirsiniz, qorxursunuz ki, o sabah başqa birisi ilə gedə bilər. Sabahın qorxusu sizin bu gününüzü darmadağın edir. Əgər bu baş versə sevdiyiniz şəxs gec ya tez bezib başqasını axtarmalı olacaq. O başqasını tapıb onun yanına gedəndə fikirləşirsiniz ki, şübhələriniz düz çıxdı, haqlı olaraq onu qısqanırmışsınız. Halbuki onun başqasının yanına getməsinə səbəb sizin qısqanclığınız da ola bilər.

Birinci olaraq bunu unutmayın: sabahınızdan narahat olmayın, bu gününüz kifayətdir. Kimsə sizi sevir. Bu sevginin sevincini bayram edin. Sevginizlə, bu gününüzlə elə bağlı olun ki, sizi sevən başqasının yanına getməyə imkan tapmasın. Qısqanclığınız onu sizdən uzaqlaşdıracaq, yalnız sevginiz onu yanınızda saxlaya bilər.

Qısqanclıqdan azad olmaq üçün bircə yol qalır – o da qısqanclığı unutmaqdır, çünki qısqanclıqla vuruşmaq neqativ vuruşdur. Qısqanclıqla vuruşmaq qaranlıqla vuruşmağa bənzəyir, bunun heç bir mənası yoxdur. Şam yandırın, qaranlıq yox olacaq. Sevgi də qısqanclıq üçün şamdır. Sevgidən bolluca həzz alın, o zaman qısqanclıq da azalacaq.

Əgər qısqanclığın nə olduğunu həyatınız boyu öz təcrübənizdən öyrənməmisinizsə, onda əvvəlki həyatınızı yenə də təkrar edəcəksiniz. Qısqanc olanda siz ocaqsınız, ürəyiniz yanır, özünüzə nə etdiyinizi bilirsiniz. Qısqanclığın nə olduğunu öz təcrübənizdən öyrənin, növbəti dəfə qısqanclıq oyananda gülün. Daha sonra siz səhvinizi təkrar etməyəcəksiniz, qısqanclıqdan azad olacaqsınız.

Qısqanclığınız enerjinizi lazımsız yerlərə xərcləyir. Qısqanc olmaqdansa, axtarıb tapın görün bu enerji ilə nə edə bilərsiniz, nə yarada bilərsiniz. 🙂

Oshonun “Emosiyalar” kitabından ixtisar edilmişdir.


Bonus:

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂