Son illərin ən məşhur sosial şəbəkəsi olan instagramdan maraqlı hesab etdiyimiz hesabları sizlərlə paylaşmaq qərarına gəldik. 🙂

Tanış olun, bu Naladır. O, Ginnesin Rekordlar Kitabına düşən ən məşhur sosial media pişiyidir. 9.3 milyon izləyicisi olan Nala 8 yaşındadır. Onun şəkil və videoları insana pozitiv enerji verir, üzdə təbəssümün yaranmasına səbəb olur. 🙂

 

“Follow me to” proyektinin yaradıcısı rusiyalı fotoqraf Murad Osmanın profilində valehedici mənzərələr göz oxşayır. Həyat yoldaşı bloqçu Natali Osmanla dünya ölkələrini səyahət edərkən çəkdiyi fotolarla daha da məşhurlaşan fotoqrafın hal-hazırda instagram-da 4.2 milyon izləyicisi var.

 

Komiks rəssamı Jude Devir da siyahımızda yer alıb. O, həyat yoldaşı Maya Devirla yaşadığı macəraları bir az fərqli şəkildə, məzəli komiks çəkərək izləyicilərinə çatdırır. Onlar da instagramın məşhur və qeyri-standart cütlüklərindəndir.

 

Kamila Koelyonun instagram hesabı moda (dəb) məzmunlu bloqlar arasında ən yaxşılardandır. Xanımların izləməsi tövsiyə olunur. 🙂

Buyurun, instagramın ən şirin profillərindən biri, bəlkə də birincisi. Poki adlı kirpi dünyanı gəzir, şəkillər çəkdirir və onları izləyiciləri ilə paylaşır. Kirpi bizdən daha çox gəzir desək yanılmarıq.

“Love Story” çəkənlər və çəkdirmək istəyənlər üçün maraqlı olacaq hesab da qeyd etməyi unutmamışıq təbii ki. Macərapərəst cütlüklərin şəkillərini buradan izləyə bilərsiniz. 

 

Daha bir romantika və sevgi dolu hesab. Bu profildə dünya üzrə ən maraqlı evlilik təkliflərinin foto və videoları yer almışdır. 

View this post on Instagram

REAL PROPOSAL: "Happiest moment of my life! I love u so much! You are the gift God saved for me. 💍 You are the man of my dreams, you are kind and humble, loving and simple, Retailer and fun. I can’t wait to be your wife. Thanks you for loving me like you do. I never thought live this experience." Congrats @lexiomimercado #ido #engagedcouple #proposal #engagement #fiance #engagementpictures #proposed #isayedyes #engagementphotoshoot #soontobemarried #engagementportraits #proposalplanner #justengaged #huffpostido #happyengagement #surpriseproposal #engaged #savethedate #imengaged #heasked #engagementideas #marriageproposal #engagementseason #theproposal #justsaidyes #engaged💍

A post shared by Proposals & Engagement Rings (@ohsoperfectproposal) on

Manpiluyasiyalarında müharibə və sülhü birləşdirən türkiyəli dizayner Uğur Gallenin instagram hesabı da məzmunu ilə fərqli və maraqlıdır. 

Instagram-da bizi də izləməyinizi gözləyirik. 🙂

View this post on Instagram

A post shared by Bildirchin Posts (@bildirchinposts) on Mar 14, 2019 at 11:26pm PDT