Zərgərlik dizayneri, Çex Respublikası vətəndaşı Anna Čurlejová işlərində heç təxmin edə bilməyəcəyimiz bir vəsaitdən: rəngli karandaşlardan istifadə edir. Onların fərqli parçalarını, fərqli şəkillərdə və fərqli bucaqlardan kəsərək çox xüsusi sırğalar, broşlar və boyunbağılar dizayn edir. Bu möhtəşəm kolleksiyadan seçdiyimiz nümunələrə aşağıda baxa bilərsiniz.