1927-ci ildə keçirilən eksperimentlərin qeyri-standart, stereotipləri qıran nəticələri olmuşdur. Bu təcrübənin adı psixologiya aləmində “Ringelman effekti” kimi tanınır.

    Qısa şəkildə eksperimentləri təsvir edək: toplum içərisindən sıravi insanlar seçilərək onlara ağırlıq qaldırmaq təklif olunurdu. Hər kəsin maksimum qaldıra bildirdiyi ağırlıq qeyd olunurdu. Bundan sonra insanları qrupa yığırdılar (əvvəlcə iki-iki, sonra dörd-dörd və səkkiz-səkkiz).

    Təcrübənin gözləntiləri bundan ibarət idi: əgər bir insan 100 kq ağırlıq qaldıra bilirdisə, 2 insan ən azı 200 kq ağırlığın öhdəsindən gəlməlidir. Bu gözləntilər boşluqdan gəlmir, beləki hər kəs tərəfindən qəbul oluunmuş reallıq var – güc birlikdədir.

    Lakin, gözləntilər özününü doğrultmadı. Beləki iki insan birlikdə onların individual göstəricilərinin yalnız 83%-nin öhdəsindən gəlmişlər.

    Eksperiment digər tapşırıqlar üzərində də sınanılmışdır: kanat dartılması. Nəticə isə dəyişmirdi. Qrup üzvlərinin sayı artdıqca ümumi məhsuldarlıq və uğur göstəriciləri aşağı düşürdü.

    Bunun səbəbinin sadə izahı var. Beləki, insan təkbaşına fəaliyyət göstərərkən tam gücünə özünə arxalanır. Qrup işində fəaliyyət göstərərkən isə artıq qüvvəsinin hamısından istifadə etmir, çünki artıq başqalarının gücünə arxalanmağa başlayır. Qrupda hər kəs belə düşünüb fəaliyyət göstərəndə də ümumi məhsuldarlıq aşağı düşür, nəticələr zəif olur , hətta bəzən sıfıra enir.

    Bunun nəticəsi olaraq  sosial passivlik yaranır. Sosial passivlik zamanı qrupda, kollektivdə insanların sayı çoxaldıqca nəticələrin səriştəliyi, işin məhsuldarlığı aşağı düşür.