Gündəlik həyatımızda çətinlik çəkdiyimiz problemlərdən biri də səhər zamanında oyana bilməməyimizdir. Bu bizə müəyyən qədər mənfi təsir göstərir. Əlbəttə,  bunun  bir çox səbələri  varki,  bunlar  bizim  səhər  oyanmağımıza  təsir  göstərir. Səhərlər yatıb qalmağımızın  səbəbləri  kimi  aşağıdakıları  göstərə  bilərik.

  1. Məyus və ümidsiz olmaq
  2. Səhlənkarlıq
  3. Gərgin iş
  4. Stress
  5. İşsizlik
  6. Hədəfsizlik
  7. Adət
  8. Mühit
  9. Sağlamlıq problemləri (ürək xəstəlikləri və.s.)
  10. Az enerji
  11. Narahatlıq
  12. Düzənsizlik
  13. Dərin yuxuya  gedə  bilməmək
  14. Tənbəllik və s.

Bütün  bu  səbəblər  sübh vaxtında oyanmağımıza imkan vermir. Həmçinin, nervopatoloqlar deyir ki, yuxudan oyana bilməmək yuxu pozğunluğunun göstəricisidir. Oyanmağımızı çətinləşdirən səbəblər və bəhanələr olması əlbəttə ki, qaçınılmazdır. Düşünürəm ki, bu zaman insan daha çox öz iradəsinin  köməyi ilə tez oyana bilər.

Yuxarıda göstərdiyimiz səbəblər hər birimizin həyatında qarşılaşdığımız hadisələrdən də baş verə  bilər. Bu səbəblərin biri və ya bir neçəsi eyni anda yuxudan erkən oyanmağımıza mane  olur. İnsanların hər birinin yaşam tərzi müxtəlif olduğuna görə oyana bilməmək səbəbləri fərqlidir.

Buna bir neçə misal göstərmək olar:

Gərgin iş rejimində işləyən insanlarda yorğunluq dərəcəsi çox  olduğundan gec oyanmağa meyilli olurlar.

İşsizlik, bu şəxs  özüdə  bilirki  səhər oyanmaq  üçün  heç  bir iş səbəbi yoxdur və beləliklə o, belə deyək beynini əvvəlcədən buna hazırlamır. Tədqiqatlar sübut etmişdir ki, az enerji, narahatlıq, sağlamlıq prolemləri, düzənsizlik bunların hər biri vaxtında oyanmağımıza mane olur. Beləki,  insanların yatmasının səbəbi onlarda yorğunluğun olmasıdır. Bəzən, biz bunu hiss etmirik, ancaq yorğun və halsız oluruq. Halsızlığın səbəbi isə enerjinin azlığıdır. Gün ərzində çox düşünmək, düzgün qidalanmamaq, stresə düşmək insanda enerjinin azalmasına səbəb olur. Ona görə də bu insanlar daha çox halsız  olur və daha çox yatır.

Eyni zamanda bədənimizdə “melatonin” adlı hormon var ki, bu hormon vücudumuzun bioritmini  düzənləməyə  yarayan bir hormondur. İşığa reaksiyası çox olduğuna görə gəcələr yatarkən tam qaranlıq otaqda yatmağımız vacibdir.

Bəs   yuxu  rejimimizi  qorumaq  üçün  nə  etməliyik?

Yuxu  rejimimizin  pozulmağının qarşısını almaq üçün  sadəcə  tez  oyanmaq kifayət  deyil, vaxtında  yatmaq  üçün də  bir işlər  görmək  lazımdır. Aşağıdakı qaydalara əməl etsək rahat yatmağımız üçün müəyyən bir şərait yaratmış olarıq.

    • TV-dən sonra  yatmaq  olmaz; Çünki çox  şüaya  məruz qalmaq  yuxunu  çətinləşdirir.
    • Yatmadan öncəki 2 saatda nəsə  oxuyaraq, duş  alaraq, sabahkı  günümüzü  planlayaraq  keçirək.
    • Yatmadan öncə  yediyimiz  qidalara  diqqət  etmək  lazımdır; Çünki gecə vaxtları həzm prosesinin sürəti  yavaşlayır. Ona görə də yatmazdan öncə daha yüngül yeməklər  yeməliyik.
    • Yatmazdan öncə kofe və spirtli içki qəbul etmək olmaz.

    • Otağımızın havasını  dəyişdirək.

Bu dediklərimizdən belə bir nəticəyə gələ bilərik, səhər vaxtında oyanmağımız daha çox  özümüzdən asılıdır. Beləki, dediyimiz qaydalara riayyət etməklə, iradəmizin səyi sayəsində vaxtında  oyana bilərik. Əsas odur ki, hər birimizin  içindən sevgi  və istək tükənməsin.

(Müəllif: Lalə Hümmətova)

Məlumat sizə necə təsir bağışladı?
Like
Love
Haha
Wow
Sad
Angry
You have reacted on "Səhərlər erkən oyanmaqda niyə çətinlik çəkirik?" A few seconds ago