Hannibalizm — öz nəslindən olanı yemək deməkdir. Adətən yırtıcı heyvanlar arasında baş verir deməyi çox istərdik. İnsanlarda kannibalizm qədim dövrlərdən mövcud olmuşdur. İndiki dövrdə isə kaniballar psixi pozuntulu insanlardır. Onların həyatı qorxu filmləri üçün əsl ssenaridir. Bu filmlərə ürəyi zəif olanların baxması məsləhət görülməyəcək, eləcə də bu məqaləni oxumaları..

Omaima Nelson

Misir əsilli model 1993-cü ildə Kaliforniyada kannibalizm cinayətinin törədilməsində təqsirləndirilmişdir. 1991-ci ilin noyabr ayında, o, 53 yaşlı həyat yoldaşını öldürmüş, onun cəsədini hissələrə ayırmış və qabırğalarını bişirmişdir. Omaima davamlı təcavüzə məruz qaldığını və bu cinayəti özünü müdafiə etmək üçün törətdiyini demişdi.

Tsutomu Miyazaki

1988-ci ildə 4 azyaşlı qızı öldürüb yeməkdə təqsirli bilinən Miyazaki 2008-ci ildə edam olunmuşdur. Qurbanlarını öldürdükdən sonra o, cəsədlərin yanında yatır, onların qanını içir və ətini yeyirdi. Tsutomu etdiklərinə görə peşman deyildi. Kannibal psixoloquna bütün bu cinayətlərə rəğmən əsl centlmen olduğunu demişdi.

Saqava Issei

Saqava 1981-ci ildə Fransada ikən Rene Hartevelt adında bir xanıma aşiq olur və onu evində şam yeməyinə dəvət edir. Qonağı gəldikdən sonra Saqava onu başından güllələyir. Qatil 3 gün ərzində qurbanının bədəni ilə qidalanır. Daha sonra isə Saqava parkda əlində iki çamadanla gəzərkən tutulur. Çamadanların içində Renenin bədəninin qalıqları var idi. Hekayənin ən qorxunc hissəsinə gəldik: Sagawa azadlıqdadır.

Albert Fiş

1928-ildə ferma sahibi 58 yaşlı Albert Edvard Budd adında 18 yaşlı gəncin iş axtardığı barədə elan oxuyur. O, Edvardın evini ziyarət edir və gənci işə götürmək istədiyini deyir. Əslində məqsəd bu deyildi, təbii ki. Albert Edvardı öldürüb yemək istəyirdi. O, bu qərarını gəncin 10 yaşlı bacısı Qreysi gördükdən sonra dəyişir. Cinayəti törətdikdən sonra kannibal qurbanının valideynlərinə məktub yazmışdı. Qatil Qreysin ətinin şirin və zərif olduğunu qeyd etmişdi.

Karl Denke

Seriyalı qatil Karl 1909-cu ildən başlayaraq Almaniyada 30-dan çox insanı baltalamışdır. 1924-cü ildə qatil həps olunmuşdur. Polislər Karlın kitabçasını tapmışdı. Orada qatil törətdiyi kannibalizm cinayətləri barədə hər bir detalı qeyd etmişdi. Burada onun heç kəsin ruhu belə duymadan, bazarda sattığı insan əti haqqında da məlumat var idi.. Qatil həps olunduğu il, özünü asaraq intihar etmişdir.

Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry