Yeni il gələndə hər birimizdə böyük ümidlər yaranır. Bu bütün arzularımızın yerinə yetəcəyi bir il olacaq deyə düşünürük. Bəs doğrudan da elədir? Düşünürəm ki, uğurlu il olması üçün daha başqa şeylər də etməliyik! Məsələn nə? Bunu bir az araşdırdım. Ümid edirəm sizlərin də işinə yarayacaq məlumatlar olacaqdır!

İlk öncə köhnə ildə etdiklərinizi gözdən keçirin. Nələri qazandınız, nələri itirdiniz, nələri öyrəndiniz? Bunların hamısını araşdırın.

Daha sonra yeni ildə nələri dəyişdirəcəyinizi düşünün! Keçən ilki araşdırmanız sizə çox kömək olacaqdır. Siyahını hazırladığınız zaman, istəklərinizi sizin üçün nə qədər önəmli olduğunu düşünüb, sıralayın!

Sevdikləriniz üçün xüsusi təbriklər hazırlaya bilərsiniz! Hər bir dostunuzla, ailə üzvünüzlə sizi bağlayan kiçik hadisələr var. Həmin hadisələrə uyğun kiçik hədiyyələr onlar tərəfindən çox seviləcək deyə ümid edirik!

Keçən ilki bütün peşmanlıqlarınızı xatırlayın! Bu xoşagəlməz olsa belə, səhvlərimizi analiz etməyimiz bizi daha yaxşı hiss etdirəcəkdir. Həm də səhvlərdən dərs çıxarmış olacağıq.

Bayram əhval ruhiyəsi yaradın! Yeni ili yeni ümidlərlə qarşılamağımız lazımdır. Ona görə də üzümüzdən təbəssüm əksik etmədən, xüsusi hazırlaşmalıyıq Yeni ilin gəlişinə!

Yeni ilə məktub yazın! Saat 12 olmamış Yeni ilə məktub yazın, burada daha çox pozitiv ifadələr istifadə edin və Yeni ildə gerçəkləşməyini istədiyiniz hər bir arzunu burada qeyd edin! Bu həm də təzə il üçün sizlərə ümid olacaqdır.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂