Bildirchin Posts
Bildirchin Posts
Developer: Bildirchin Group
Price: Free

Yeni ildə də fərqli inanclar var ki, dünyanın müxtəlif yerlərində insanlar onlara əməl edirlər. Bunlar hansı inanclardır? Gəlin birlikdə öyrənək!

Ekvadorda insanlar müqəvva düzəldib, yandırırlar. Düşünürlər ki, beləliklə onlar bütün problemlərdən azad olacaqlər və bu yeni uğurları özlərinə cəlb edəcək.

İspanlar 31 Dekabr saat 12’də şampanlarını içdikdən sonra 12 ədəd üzüm yeyirlər. Bu onlara bərəkət gətirməklə bərabər, yeni ilin uğurlu keçməsinə də kömək edəcək deyə düşünürlər.

Fillipində insanlar Yeni il axşama yumru formada olan meyvələrlə stollarını bəzəyirlər. Düşünürlər ki, bu onlara daha çox ruzi gətirəcək və varlanacaqlar.

Cənubi Amerikada insanlar rəngli alt paltarları geyinirlər. Onlar bunun onlara sevgini tapmağa kömək edəcəklərini düşünürlər. İtaliyada isə insanlar yeni il axşamı qırmızı rəngdə alt paltarı geyinirlər. Bu onlara uğur gətirəcək deyə düşünürlər.

Yaponiyada zınqırov 108 dəfə çalınır. Buddistlərə görə bu təmizlik gətirir. Onlar həm də gülərüzlə yeni ili qarşılayırlar. Bu bütün il boyu gözəl günlər yaşamaq üçün edilir.

Ruminiyalılar isə yeni ildə bütün diləklərinin gerçəkləşməyi üçün qəpiklərini çaya atırlar.

Boliviyada yeni il üçün bişirilən şirniyyatın içinə qəpik qoyulur. Bu qəpik kimə çıxarsa yeni ildə ən uğurlu o olacaqdır!

Kolumbiyada insanlar 31 dekabr bütün gün özləri ilə çamadan gəzdirirlər. Belə etməklə onlar inanırlar ki, yeni ildə onlar daha çox səyahət edəcəklər.

Bir də eşitdiyimə görə bir neçə ölkədə xərçəng və toyuq bişirməmək lazımdır yeni ildə, çünki bu heyvanlar əks istiqamətdə hərəkət edə bilirlər. Bu da yeni ildə uğuru tərsinə çevirər deyə qorxurlar.


Bax belə 🙂 Mən bunlardan bir neçəsini bu il sınayacam. Bəs siz sınayacaqsınız? Hansını? Şərh yazaraq bizə bildirin!

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂