Yatarkən gördüyümüz bütün yuxular yuxumuzun ən dərin qismi olan “göz hərəkəti” adlı zaman dilimində gerçəkləşir. Bütün yuxu saatının 25%-ni təşkil edən bu zaman dilimində maraqlısı odur ki, gözlərimiz yerindən çıxa biləcək kimi tez-tez hərəkət edər və bu hadisə gözlərimiz qapalı olduğu üçün əsla görünməz.

Yuxu zamanında beynimiz bizimlə saxta bir oyun oynayır və simulyasiya yaradır. Məsələn, zaman səyahəti edərək keçmişi dəyişdirməyimiz və ya ətrafda hərəkət edən qəribə varlıqlardan qaçdığımız bir çox məntiqsiz yuxuda bütün hər şey absurd olsa belə bizə yuxu əsnasında gerçək kimi görünür. Gündəlik həyatda hiss etdiyimiz qorxu, həyəcan, xoşbəxtlik və pərişanlıq kimi bütün duyğular yuxuda da hiss edərik. Bunun səbəbi beyindəki prefrontal cortex hissəsinin yuxu zamanı aktiv işləməməsidir. Beləliklə, məntiqi idarə edən hissə olmadığından yuxuda yaşadıqlarımız bizə real görünə bilir. Hadisəni yaşayıb, yaşamadığınızı bilmək imkansız olur. Buradakı paradoks bu ana qədər yaşadığımızı zənn etdiyimiz  həyatın əslində uzun bir yuxudan ibarət olub-olmadığını bilməyəcəyimizdir.

Uşaqlığınızın, xəyallarınızın sadəcə yuxu ola biləcəyini düşündünüzmü? Yaşadığınız şəhər, Yer kürəsi əslində yuxu ola bilərmi? Və indi bu məqaləni oxuyarkən əslində yuxuda olub-olmadığınızı necə bilə bilərsiniz? Bəlkə yuxular ümumilikdə 1 dəqiqədən qısa olduğu üçün həyatınızın yuxu olmadığını düşünə bilərsiniz, ancaq yuxuda zaman 0-dır və zaman məfhumu müddət tanımaz. Yəni, 10 saniyəlik yuxu sizə 10 il kimi görünə bilər. Hətta gördüyünüz yuxular yuxu içində yuxu da ola bilər. Yuxuda yüksəklikdən tullanıb öləcəyiniz an birdən yuxu sona çatır və yuxudan oyanırsınız. Gerçək həyat kimi düşündüyümüz bu zamanda eynən yuxuda olduğu kimi uçurumdan tullanıb və ya boğularaq ölən insanlar əslində ölməyib, uzun bir yuxudan oyanmış ola bilərlərmi? 🙂