Hurun” reytinq agentliyinin son araşdırmalarına görə, dünyada milyarderlərin ümumi sayı 346 nəfər artaraq, 2816 nəfərə çatıb. Onların ümumi sərvəti 11,2 trilyon dollar dəyərində qiymətləndirilib.

Qeyd edildiyi kimi, dünya milyarderlərinin sərvəti 66% artıb.

  • Stiv Balmer
    Sərvəti: 67 milyard dollar.

    Stiv Balmer 2000-2014-cü illər arasında “Microsoft” şirkətinin baş direktoru vəzifəsini icra edib. Maraqlı fakt: Balmer ilk insandır ki, sərvətini öz işəgötürənindən aldığı opsionlar sayəsində qazanıb.

  • Mukeş Ambani
    Sərvəti: 67 milyard dollar.
    Mukeş Ambani Hindistan əsilli sahibkar olmaqla yanaşı, öz ölkəsinin ən zəngin adamı sayılır. Hindistanın özəl sektorunda fəaliyyət göstərən “Reliance Industries” şirkətinin əsas sahibidir.

  • Larri Peyc
    Sərvəti: 67 milyard dollar.
    Larri Peyc “Google” sisteminin təsisçilərindən biridir, bir neçə il dalbadal dünyanın ən zəngin insanları siyahısına daxildir.

  • Sergey Brin
    Sərvəti: 68 milyard dollar.
    Sergey Brin hesablama texnikası, informasiya texnologiyaları və iqtisadiyyat sahəsində fəaliyyət göstərən sahibkardır. O, həmçinin “Google” axtarış sisteminin təsisçilərindən biri olmuşdur.

  • Karlos Slim
    Sərvəti: 72 milyard dollar.
    Karlos Slimin əsas gəlir mənbəyi kommunikasiya sənayesidir, sahibkarın əsas aktivi “Grupo Carso” şirkətidir.

  • Amansio Orteqa
    Sərvəti: 81 milyard dollar.
    Amansio Orteqa – İspaniya əsilli milyarder, özündə dünyanın 88 ölkəsində fəaliyyət göstərən 6750 mağazanı birləşdirən “Inditex” şirkətinin keçmiş prezidentidir.

  • Mark Çukerberg
    Sərvəti: 84 milyard dollar.
    Mark Çukerberg “Facebook” sosial şəbəkəsinin yaradıcılarından biridir, hal hazırda “Facebook Inc” şirkətinə rəhbərlik edir.

  • Uorren Baffet
    Sərvəti: 102 milyard dollar.
    Uorren Baffet dünyanın ən tanınmış investorlardan biridir, dünyanın ən zəngin adamları siyahısında ilk beşliyə daxildir. Xeyriyyə ilə məşğul olur.

  • Bill Qeyts
    Sərvəti: 106 milyard dollar.
    Bill Qeyts “Microsoft” şirkətinin yaradıcılarından və keçmiş ən böyük səhmdarlarından biridir. İctimai fəaliyyət və xeyriyyə ilə məşğuldur.

  • Bernar Arno
    Sərvəti: 107 milyard dollar.
    “Louis Vuitton Moët Hennessy” şirkətlər qrupunun prezidentidir.

  • Ceff Bezos
    Sərvəti: 140 milyard dollar.
    “Amazon.com” un təsisçisi və rəhbəri olmaqla yanaşı, Ceff Bezos “Blue Origin” aviaşirkətinin sahibidir.

Mənbə: 1 ,