Şirkətin dizaynı ilə Blitz mümarlıq bürosu məşğul olub və kreativliklə yanaşı, ona funksional işçi sahəsi bəxş edib. Ofisin interyeri əməkdaşlar arasında qarşılıqlı təsir və həvəs, həmçinin audiovizual avadanlıqlardan istifadəyə və akustik tələblərə cavab verir. Blitz Skayp üçün onu digər ofislərdən fərqləndirən dünya səviyyəli ofis yaratdıb. 250 əməkdaşın effektiv işini təmin etməyə şərait yaradan yüksək texnologiyalı şirkətin tavanı 5 metr, tutduğu sahə isə 5000 kvadrat metrdir. Ofisin əlavə üstünlüyü, onun “yaşıl” ekoloji təmiz tikintini vurğulayan LEED Silver sertifikatını almasıdır.