Google  şirkəti” Texas ştatında keçirilən “SXSW 2013” festivalında qışqırıqlarla öz sahibini idman və ya hərəkət etməyə çağıran ayaqqabıları təqdim edib. İdman ayaqqabısı “Adidas” tərəfindən hazırlanıb, “Google” isə ayaqqabıları akselerometr, qiroskop və təzyiq ölçən əlavə qurğularla təchiz edib. Bundan başqa, ayaqqabılar hərəkəti izləyə bilən sensorlarla da təmin olunub.