Son araşdırmalarda məlum olub ki, bu ləzzətli qidalar arıqlamaq istəyənlər üçün son dərəcə faydalı və effektivdir. Artıq arqlamaq üçün dadsız və duzsuz qidalar qəbul etməli olmayacaqsız. 

Şokolad piletkası – Şokoladın xoşbəxtlik hissini artırdığını və stress hormonunu azaltdığını hər kəs bilir. Buna səbəb isə şokolad;n tərkibindəki kofein və teobromindir. Əsas səbəb isə ondan aldığımız həzdir. Bəlli miqdarda şokolad yeyənlər, şokolad sevməyənlərlə müqayisədə daha çox kilolu olur. Şokolad nə qədər acı olsa, kilo vermək bir o qədər asan olar. 

Yumurta – Yumurta dünyada tərkibində ən çox protein olan qidadır. Həmçinin tərkibində vücudun əzələ üçün ehtiyacı olan 9 zəruri maddə var. Əzələlər inkişaf etdikcə yağ yandırma gücü də çoxalır. Günə 2 yumurta yeyərək başlayın. 

Susam (küncüt) – Küncütün tərkibində olan və liqlan deyilən bitki tərkibli maddələr, yağ yandırmaqda olduqca effektivdir. Tərkibindəki protein və yağ turşularının metabolizmanı yaxşılaşdırdığı məlum olub. Eyni zamanda zəngin mineral və lif qaynağıdır. 

Kokteyl – Kokteyllər də yağ yandırmaqda effektli nəticə verir. Araşdırmalara görə toxluq hormonlarına təsir edir və beyinə doydum siqnalı ötürür. Protein tozu təkcə meyvəli içkilərdə deyil, qatıq, pudinq, hətta şirniyyatlara belə əlavə edilə bilər. 

Sarı bibər – Pəhrizə bir az da bibər əlavə edin. Çoxları C vitamini əskikliyindən 
əziyyət çəkir. Bir sarı bibərin tərkibində üç portağalın tərkibində olan qədər C vitamini var. Qanlarında daha artıq C vitamini olan insanlar, daha az vücud kütlə indeksi və yağa sahib olur.

Fıstıq – Bu lifli çərəz kilo artımı dayandırmaqla yanaşı, bədəndəki yağları da yandırır. Fıstıq üzərində araşdırma aparılıb. Məlum olub ki, 19 həftə boyu fıstıqdan, gündə 500 kalorilik fıstıq yeyən insanlar ekstra məşq etməslər belə, metabolizma gücü artır. 

Lakin bu qidalara hücum etmək lazım deyil. Çünki çox qəbul edildiyi halda onlar da özlüyündə kalori deposudur.