Əzrail (ə.s.) 4 mələkdən biridir. O,  digər mələklər kimi mömin ruhlara qarşı çox şəfqətli, kafirlərə qarşı isə çox şiddətlidir.


“Yaxşıların ruhu xəmirdən tük çəkmək kimi, pislərin ruhu isə tikan ağacından tülbənt çəkmək kimi çəkilər.”

Birinci hadisədə ruh yara almaz. İkinci hadisədə isə, yara alar və dəlik deşik olmuş bir hala gələr. Aldığı bu yaralar qəbir həyatı boyunca da ona əzab çəkdirər. Ruhu çəkilməkdə olan bir adam hiss etdiyi ağrını belə terif etmişdir: “Göylər üstümə çökmüşdür. Bədənim iynə dəliyindən keçər kimidir.”

Hz. Kab belə demişdir: “Ruhun çəkilməsi hadisəsində sanki hər tərəfi tikanlı bir çubuq xəstənin ağzından içinə soxular və tikanlı budaqlar onun damarlarına yayılarlar. Daha sonra da qüvvətli bir adam bu çubuğu çəkib çıxarar.”

Ruhun çəkilməsi əsnasında ölüm mələyi də görülər. Bu mələk, ölənin etiqad və əməllərinə görə dəyişik surətdə gəlir.

Məsələn elektrik bir olduğu halda lampada işıq olaraq görünər, elektrikli sobada alov olaraq görünər, soyuducunda soyuq olaraq təzahür edər. Elədə Hz. Əzrail (ə.s.) ruhun mahiyyətinə görə meydana çıxar. Eyni ilə elektrikin girdiyi alətdə dəyişik təzahür etməsi kimi. Əgər adam müsəlman olaraq yaşamışsa Əzrail (ə.s.) ona işıq kimi görünər. Yəni nurani olaraq görünər. Əgər kafir və ya günahkar olaraq yaşamışsa dərəcəsinə görə alov kimi və ya buz kimi o adamın ruhunu alar. Yəni insanın fitrəti necə isə Əzrail (ə.s.) ona o şəkildə görünəcək.

Rəvayətə görə İbrahim (ə.s.), ölüm mələyinə; “Mənə pis insanların ruhunu aldığın surətdə görün.” dedi. Mələk: “Sən bu surəti görməyə dözə bilməzsən.” dedi isə də İbrahim (ə.s.) israr edərək: “Dözərəm.” dedi. Əzrail (ə.s.) ; “İstiqamətini dön.” buyurdu. İbrahim (ə.s.) döndü və Əzrail (ə.s.)ı görüncə, onu qapqara, saçı saqqalı qarışmış, murdar iy verər, qara paltarlı, ağız və burun deşiklərindən alov və tüstülər fışqırar vəziyyətdə gördü. Buna dözə bilməyərək yıxılıb huşunu itirdi. Ayılınca Əzrail (ə.s.)ı köhnə surətində gördü və ona: “Bir günahkara, sənin sifətini görmək yetər. Başqa bir əzab ilə qarşılaşmasa da sənin o sifətin əzab baxımından onun üçün kifayətdir.” dedi. İbrahim (ə.s.) bu səfər: “Mənə yaxşıların ruhlarını aldığın surətdə görün.” dedi və mələyi gözəl bir surətdə görüncə də: “Yaxşılar üçün mükafat olaraq səni bu surətdə görmələri kifayətdir.” demişdir.

Üsyankarların qarşılaşacağı və itaət edənlərin xilas olduqları çətinliklər bunlardır. Allahı Zülcelala itaət edənlər Əzrail (ə.s.)ı ən gözəl surətdə görərlər. Əməl dəftərlərinin bağlanıldığı son anda, ölənin əməlini yazan iki mələk də ona görünərlər. Ölən yaxşı kimsə isə mələklər ona: “Allahı Zülcelal səni xeyrlə mükafatlandırsın. Sən bizi saleh əməllər yazmaqla məşğul və xoşbəxt etdin.” deyərlər. O pis kimsə isə, mələklər ona: “Allahı Zülcelal səni şərlə cəzalandırsan. Sən bizi pis şeylər və günahlar yazmaqla məşğul və bədbəxt etdin.” deyərlər.

Hz. Peyğəmbər (s.ə.s.) belə buyurmuşdur: “Biriniz nemət və əzab görəcəyini öyrənmədikcə və cənnət ya da cəhənnəmdəki yerini seyr etmədikcə ölməz.” (İbn Ebid Dunya)

Həsəni Bəsri belə demişdir: “Möminin rahatlığı, ancaq Allahı Təalaya qovuşacağı olacağı zamandır.”

Demək ki, möminin əmin olduğu, şən və ən sevincli günü, öldüyü günüdür…!