Rastafarianizm – Efiopiyanın son imperatoru olan Hayle Selassi-ni (Ras Tafari Makonnen: vəliəhd Tafari Makonnen) tanrının dünyadakı əksi olaraq görən dinin və bu dinə bağlı olaraq ortaya çıxmış inanc və düşüncə formasıdır. Markus Qarvey də bu dinin peyğəmbəri kimi görülür.  Nə Hayle Selassi, nə də Markus Qarvey özlərini bu dinlə əlaqələndirmişlərdir. Bob Marleyin də mənsublarından biri olduğu bu dinin qurucusu Leonard Hovell olaraq tanınır.

Misir mənşəli Ra dinləri Xristianlıq və Yəhudilik qarışığından ibarət olan bir dindir. Musanın əsl yol göstərdiyi müqəddəs qövmün qaralar, xüsusilə də efiyopiyalılar olduğunu müdafiə edir. Rastafari hərəkatında müqəddəs vəd edilmiş torpaqlara zion (bir mənada cənnət) deyilməkdədir. Rastafarianistlər öz içlərində bir çox qola ayrıldıqlarından müxtəlif inanclara və cah(jah) anlayışına sahib ola bilirlər.

Bu dinin ilahiləri daha sonralar Yamaykada reqqi musiqisinə qaynaqlıq etmişdir.

Rastanın rəngləri qara, qırmızı, sarı və yaşıldır. Qırmızı, yaşıl və sarı rəngləri Efiopiya bayrağını və qara Afrika xalqını təmsil edir. Hər bir rəngin öz mənası vardır və bunlar rastafarianlar üçün çox mühümdür. Sarı bütün qızıl, ləl-cəvahirat və xəzinələr üçündür. Yaşıl insanların üzərində getdiyi dünyadır. Qırmızı isə qara xalqın tökülən qanıdır.

Rastaların çoxu Köhnə Əhdin qayda qoyduğu yeməyə uyğun yeyərlər. Ətin məhdud növlərini yeyərlər. Qabıqlı dəniz heyvanı və donuz əti yeməzlər. Digərləri bütün ətlərdən çəkinirlər. Nazirit andını qəbul edən cərəyanlardır. Alkol istifadəsini ümumiyyətlə zərərli olaraq görürlər və siqaret istifadəsi də qəti qadağandır. Eyni zamanda rastafari dinində bədənin torpağa tək parça girməsi lazım olduğuna inanılar. Rastalar saçlarını daramaz və kəsməzlər bu şəkildə uzanan saçlar bir müddət sonra Dredlak(Dreadlock) adını alan bir saç modelinə çevrilir. Rastalar bu şəkildə Cah(Jah)ın uzun dırnaqlarıyla bir gün onları yer üzündən götürüb Ziona aparacağını inanarlar. İndiki vaxtda dredlak şəklindəki saçlar Trend halına gəlmişdir, amma rastafariların çoxu bu saçın stil olaraq istifadə edilməsinə qarşıdır.