“Secunia” antivirus şirkətinin ekspertlərinin araşdırmasına əsasən, “Windows” əməliyyat sistemində təhlükəsizlik səviyyəsinin aşağı olmasına görə onun tənqid hədəfi olmasına baxmayaraq, əksər boşluqlar heç də “Microsoft”un məhsulları ilə bağlı deyil.

Hesabata əsasən, 2012-ci ildə populyar proqram təminatında aşkar edilmiş boşluqların 86%-i “Windows” platforması üçün kənar tərtibatçılar tərəfindən yaradılmış proqramlarda tapılıb.

Boşluqların 14%-i isə “Microsoft”un əməliyyat sistemi və proqram təminatında olub. “Windows” əməliyyat sistemində işləyən 50 ən populyar proqram təminatında 1137 boşluq aşkar edilib ki, bu da beş il əvvəl ilə müqayisədə 98% çoxdur. “Chrome” və “Firefox” brauzerləri ən təhlükəsiz məhsullar adlandırılıb.