Düşük xərclər, qısa dərs vaxtları ilə yüksək akademik uğur, individuallıq və müstəqilliyə önəm verən, şagirdlərə öz təhsil programını düzəltmək məsuliyyəti yükləyən, təhsil ilə birlikdə bol boş vaxtı və əylənərək öyrənməyi birləşdirən Fin təhsil sistemi. Fin təhsil kurikulumu (təhsil planı) şagirdlərin öz ehtiyaclarına və seçimlərinə uyğun olaraq tədris edilir və buna şagirlərin qərar vermə haqqı var, müəllimlərin də.

Dünyanın ən yaxşı təhsil sistemlərindən birinə sahib olan Finlandiyada özəl məktəb yoxdur. Finlandiyada məcburi məktəbə başlama yaşı yeddidir. Yaşları neçə olursa olsun uşaqlar məktəbə yeriyərək və ya velosipedlə özləri tək gedib gəlirlər. Finlilər düşünür ki, bu uşalqarın müstəqil yetişməsinə səbəb olur. Uşaqları məktəbə aparıb gətirən servislər, maşınlar, onlara dərs oxutduran valideynlər yoxdur. Uşaqlar dərslərini özləri oxuyur və valideynlər onlara heç bir köməklik göstərmirlər.


Şagirdlər gündə 4 saat dərsə vaxt ayırır, balaca uşaqlar isə oynayaraq öyrənirlər. Məktəb boyunca heç bir imtahan keçirilmir, yuxarə siniflərə keçilirsə də, nəticələri açıqlanmır. Müəllimlərin hamısının magistr təhsili var və ən zəif uşaqları belə yaxşı səviyyəyə gətirəcək qədər əzmlidirlər. Təhsildə fürsət bərabərliyini üstün tuturlar.

İbtidai sinif uşaqları dərs vaxtlarının ən az 1 saatını çöldə keçirirlər. Uşaqlar balaca da olsa, qar-qış demədən ən az 1 saatlarını çöldə oynayaraq keçirirlər, enerjilərini açıq havaya sərf edirlər. Tənəffüslər 15 və 45 dəqiqə olmaqla 2 yerə bölünür. 45 dəqiqəlik tənəffüsdə şagirdlər idman etməklə məşğul olurlar.

Şagirdlərə ev tapşırığı verilmir. Çünki dərsi dərsdə öyrənərlər. Hər uşağa bir fərd kimi dəyər verilir, uşaqlardan biri yetəri qədər yaxşı öyrənə bilmirsə, müəllimləri bunu görür və onun ehtiyaclarına uyğun olaraq ona dərs planlayır, bu həmçinin məktəbə uyğunlaşa bilməyən, tez sıxılan və ya öyrənmə qabiliyyəti digər şagirdlərdən daha üstün olan uşaqlar üçün də tətbiq olunur.

Müəllimlərin yüksək təhsil səviyyəsi uşaqların hər cür inkişafını müşahidə altına alaraq yeni həllər yarada bilməsi üçün çox önəmlidir. Statistikalara görə uşaqların 30%-i təhsil həyatları müddətində özəl programlarla dəstəklənirlər. Bir çox Avropa ölkəsi və Amerika ilə müqayisə etdiyimiz zaman görürük ki, Finladiya təhsilə daha çox önəm verir, təhsilə ayrılan büdcə isə sinif ortamlarında özünü göstərir.

Müəllimlər isə bir çox idarəetmə müəssisələrindən daha çox maaş alırlar. Servis, avtobus və ya maşın yoxdur. Uşaqlar dərsə piyada və ya velosipedlə gedib gəlirlər. Bütün uşaqlar özlərinə ən yaxın məktəbə getdiyi üçün də bu heç bir problem yaratmır, hava qaranlıq olsa belə, küçələr çox güvənlidir. Əgər şagird məktəbdə qalıb əlavə dərs oxumaq istəsə gec saatlarda da heç bir nəqliyyat problemi ilə qarşılaşmır.

Bütün uşaqlar eyni məktəblərdə dərs alır. Finlandiya məktəblərinə uğuru gətirən bir digər xüsusiyyət isə özəl təhsilə ehtiyac olan, qüsurlu uşaqlar belə normal məktəblərdə oxuyur və bərabərliklə təmin olunurlar. Məktəblər də bir-biriləri ilə rəqabət aparmır, əksinə dəstəkləyirlər. Bu səbəblə də bütün məktəblərin ortalaması yüksək və demək olar ki, bərabərdir. Məsələn, aşağıdakı şəkildə görməsində problem olan şagird üçün xüsusi kompüter təşkil olunub.


Təhsildə qorxu deyil, azadlıq ön plandadır. “Etmə” demək yerinə fərqli ifadələrdən istifadə edilir və uşaqları pis davranışlar sərgiləməməsi üçün başqa şeylərlə cəsarətləndirirlər. Siniflərin dizaynında da bu, gözə çarpır. Bəzi uşaqlar daha rahat oturmaq üçün plates toplarına üstünlük verirlər, dərsin axışını pozmamaq şərti ilə dərs boyunca sinifdə istədikləri kimi gəzə bilirlər.


Məktəblərdə kantin yoxdur, yemək dövlət tərəfindən ödənilir. Yemək vaxtı şagirdlər və müəllimlər eyni yeməkxanada yeyirlər. Şagirdləri bu yeməyin vergilər qarşılığında verildiyi və israf edilməməsi üçün tənbeh edirlər. Hər uşaq nə qədər yemək yeyəcəyinə özü qərar verir. Kantin olmadığı üçün koridorlarda uşaqların su içməsi üçün yerlər mövcuddur.

Məktəblərdə əl bacarıqlarına böyük önəm verilir. Bu səbəblə hər məktəbdə atelyelər mövcuddur. Əvvəllər qız uşaqları üçün ev iqtisadiyyatı, oğlan uşaqları üçün ustalıq dərsləri verilirdi, lakin bu qayda ortadan qaldırıldı və qızların atelyedə daha uğurlu olduğu ortaya çıxdı. Oğlanlar isə yemək bişirməkdə qızlardan daha çox uğur əldə etməyə başladılar.


Məktəblərin heç biri uzun divarlarla örtülməyib, çünki şagirdlər öz məsuliyyətlərini başa düşəcək şəkildə tərbiyə ediliblər. Dərsləri bitdiyi zaman isə velosipedlərinə minib evə yollanırlar.

Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry