Cavanların çoxu qocalmaqdan qorxurlar. Yəqin düşünürlər ki, həyatlarını yaşaya bilmədən yaşlılaşarlar və artıq özləri üçün heç bir şeyi tək başına görə bilməzlər, ancaq 100 yaşlılarla müsahibə zamanı göründü ki, onlar həyat təcrübələrini paylaşmaqdan zövq alırlar və hələ də həyat onlar üçün gözəldir.

Xoşbəxtlik etdiklərimizdir!

Həyatda istədiyini edə biləcək gücdəsən. Bütün istəklərin və arzuların sənin beynindən gəlir və əmin ol ki, bunların hamısını həyata keçirə bilərsən. Hər zaman bunu düşün və həyatında Kaş ki deməmək üçün etmək istədiklərini et!

Xoşbəxtlik gözəl düşünmək və pozitiv olmaqdan yaranır!

Biz hər zaman şikayət edirik. Əlimizdə olmayan nə varsa onları istəyirik, ancaq heç əlimizdə olanlara baxıb, təşəkkür etdik mi? Bizə əslində düşündüyümüzdən daha az şey lazımdır xoşbəxtlik üçün. Bu səbəbdən də əlinizdə olanların qədirni bilin və uğurlu olduğunuzu düşünün. Gülümsəməklə özünüzə və ətrafınıza gözəl əhval ruhiyyə bəxş edin. Belə olduqda daha xoşbəxt hiss edəcəksiniz. Əmin olun! Bu qoca qarı yalan deməz 🙂

Yaxşı yol yoldaşı uzun və xoşbəxt ömrün əsas sirridir!

Həyatımızda ömür gün yoldaşımızın olmağı bizim xoşbəxtliyimizdir. Birlikdə əylənə biləcəyiniz birini düşünün və bu əyləncənin ömürlük olduğunu xəyal edin.

Əlbəttə davalar, bəzən üzüntülər olacaq. Kim deyir ki, sevgi ancaq xoş gündür? Bəzən xasiyyətinizdəki uyğunsuzluqlar sizləri üzəcək, ancaq illər sonra uzun müddət birlikdə olan evlilərin bir biriləri haqqında danışarkən üzlərinin gülümsədiyini görmüsünüz? Bax elə bu səbəbdən də sevgi xoşbəxtlikdir!

Sağlam qidalan və yenilikləri qəbul et!

Hər zaman qidana diqqət et. Sağlamlığının qeydinə qal. Uzun illər yaşayan insanlar bir neçə yenilikləri, dəyişiklikləri görürlər. Bunları qəbul etmək mütləqdir. İnsanlar dəyişir, dünya dəyişir. Ona görə də hər zaman bunları qəbul edəcək beyində olmağımız mütləqdir. Özünüzə çox narahat olmamağı və həyatın gözəl nemət olduğunu qəbul etdirin!

Hər zaman öyrən və başqalarına kömək et!

Neçə yaşın olmağından asılı olmayaraq hər zaman öyrən və hər şeyi bilməyə can at. Nəvələrinlə söhbət edərkən bu çox işinə yarayacaq. Bu həm də səni daha enerjili saxlamağa kömək edəcək.

Başqalarının hər zaman köməyə ehtiyacı var. Bunları görməzdən gəlmə. Bacardığın qədər yardım et və insanları sevindir!

Ümumiyyətlə, xoşbəxtlik beyindən başlayır. Ona görə də düşüncələrinə qarşı ehtiyatlı ol və həyatı sevməyi öyrən!

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂