Bütün canlılardan fərqli olaraq insan iki bərabər cinsiyyətə sahib olduğunu qəbul etməkdə çətinlik çəkir. Qadınlar və bəzi mütəfəkkirlər qadınların yüzlərlə ildir kişilərlə bərabər doğulduğunu və cinsiyyət rollarının cəmiyyət tərəfindən təyin olunduğunu izah etməyə çalışır. Kişilər isə ümumiyyətlə bunu dinləmək yerinə qadına “sən onsuz da qiymətlisən” mesajını verib sistemi davam etdirməyə yönəlir. Bəzi qadınlar bunu qəbul etsə də, həqiqətləri mənfəətimizə uyğun formalaşdırmaq doğru yanaşma deyil. Qadınlara özlərini qiymətli hiss etdirmək üçün təqdim edilən səbəblərə və əslində nə mənaya gəldiklərinə bir yerdə baxaq.

ÇİÇƏK
Ən sadə şablondan başlayaq. “Qadınlar çiçəkdir” cümləsi, qadına hədiyyə edilən çiçəklər səmimiyyətsizliyin ilk göstəricisi olur ümumiyyətlə. “Sən bir çiçək qədər incə və gözəlsən” demək istəyərkən, eyni zamanda “bir bitki kimi küncdə səssizcə dayan” alt mətnini ehtiva edir.

BRİLYANTLAR, BƏZƏK ƏŞYALARI
Hər qadının sahib olmasını təlqin edən bu cür çox bahalı hədiyyələr daim kişilərdən qadınlara hədiyyə gəlir. Qadınlara bu cür bahalı hədiyyələr alınmasının səbəbi əlbəttə özlərini qiymətli hiss etmələrini təmin etməkdir. Kişi dünyası azadlıqlarına davam edərkən, bir növ susmaq üçün paydır bu hədiyyələr. Bunlara sahib olmayan qadınlar dəyərsiz hiss etdirilir.

KİŞİLƏRİN İSTƏDİYİ ŞƏKİLDƏ GEYİNMƏK
“Bu çox açıqdır”, “bu çox qapalıdır”, “bu ayaqqabı niyə topuqludur?”, “onu niyə taxmısan?”, “saçını başqa rəngə boya”, “bu qədər makiyaja niyə ehtiyac var?” Kişilərin qadınların xarici görünüşü ilə bağlı çox dəqiq fikirləri var və bəzən qadınlar da buna uyğunlaşma göstərir. Halbuki kişiləri bu mövzuda məmnun etmək mümkün olmadığı kimi, buna nə ehtiyac var? Qadınlar əlbəttə ki geyindikləri və ya geyinmədikləri ilə qiymətli olmur.

HƏR ZAMAN BAXIMLI OLMAQ
Nəticədə hər qadın hər zaman baxımlı olmalıdır deyil mi? Deyil. Bir qadın istədiyi kimi makiyajı, bəzəyi şişirdə bilər; ya da bunlarla heç əlaqəsi olmaya bilər. Bunların qiymətli olub olmamaqla HEÇ bir əlaqəsi yoxdur.

ANALIQ
Yaxşı bir ana olmaq əlbəttə qiymətlidir, ancaq sırf çoxalma orqanları uşaq doğmasına icazə verir deyə bir qadına körpəliyindən etibarən analığın qiymətli olduğunu təlqin etmək çox saxtadır. Qadını yalnız analıq üzərindən tanımlayanların niyyəti açıq-aşkar meydandadır. Analığın bir seçim olduğunu qəbul edə bilməyənlər, qadınları razı etmək üçün bu yollara müraciət edir.

ÇALIŞMAMAQ
Qadınlara həmişə “çalışa bilməyəcək qədər qiymətli, gözəl, xüsusi” olduqları hiss etdirilir. Səbəbi aşkardır; qadını cəmiyyətdən təcrid edib evdə işlətmək. Bunun üçün min dənə bəhanə mövcuddur. Çalışmağa gərək görülməməsi heç bir insanı qiymətli etmir çox təəssüf ki.

GÖZƏLLİK
Doğuşdan gələn xüsusiyyətlər bizi dəyərli ya da dəyərsiz edə bilməz. Qadınların cəmiyyətin gözəllik normalarına uyğun olub olmamağı dəyərlərini dəyişdirmir. “Bir az arıqlasan, üzün çox gözəl görünər”, “Daha qadına xas geyinsən çox gözəl olacaqsan” kimi tövsiyələrin təməlində insanı dəyişdirmə arzusu var. Bu normalara uyanda da qurtuluş yoxdur. “Çox gözəlsən, çox qiymətlisən” cümləsindən sonra qadınları öz maraqlarına uyğun istifadə edirlər. Gözəl qadın olmaq da bir başqa problemdir.

İŞGÜZARLIQ
Yemək bişirmək, paltar yumaq, qab-qacaq, təmizlik kimi gündəlik işlər sağlam hər insanın edə bildiyi, lazım olan şeylərdir. Əlbəttə məsələn yaxşı yemək bişirmək qabiliyyətdir və qiymətlidir; ancaq heç bir qadın qiymətli hiss etmək üçün ətrafındakılara yaxşı yemək bişirmək məcburiyyətində deyil. Bu, bütün işləri qadınlara gördürmək üçün istifadə edilən bayat bir üsuldur.

ROLLAR
Utancaq olmadığı halda utancaq davranmaq, bildiyi halda susmaq, kişilərlə ictimai əlaqələr qurmamaq, ağıllı olduğu halda saf kimi davranmaq … Cəmiyyətdə “xanım” olaraq təyin olunub dəyər görmək üçün qadınlardan gözlənilən bir çox şey var. Qadınlar özlərinə biçilən rolları oynamaq məcburiyyətində deyil.

QİYMƏTLƏNDİRİLMƏK
Bir qadının etdikləri yalnız kişilər tərəfindən təsdiq olunduqda qiymətli olaraq QƏBUL olunur. Bir işin dəyərini ancaq sahibi bilər, qadınların etdikləri hər şey üçün TƏSDİQƏ ehtiyacı yoxdur.

ƏLBƏTTƏDƏ Kİ KİŞİ…
Qadının qiymətli olması üçün mütləq “yanında bir kişi” olmalıdır. Qadınlar doğulanda atalarının və qardaşlarının, yetkinliyə keçəndə ərlərinin hakimiyyəti altındadırsa qiymətlidir. Evlilik bir qadını tamamlayır və ona dəyər qazandırar. Cəmiyyət belə deyir. Bu səbəblədir ki, bir çox qadın həyatını çətinləşdirəcək olmasına baxmayaraq evlənmək üçün hər şeyi etməyə razı olur. Halbuki qadınlar fərdi olaraq dəyərlidir və evlilik iki adamın həyatını ortaq bir şəkildə davam etdirməsi üçün edilən bir razılaşmadır. Evlənmiş olmaq qadına əlavə bir dəyər qazandırmadığı kimi subay olması da onu dəyərsiz etməz.

Heç bir qadının özünü nəyin qiymətli hiss etdirəcəyini tapmaq üçün istiqamətləndirməyə ehtiyacı yoxdur. Və qadınlar da bu şəraiti və mühiti meydana gətirən səbəblərə yol verməməli və olduğu halda bu səbəbləri aradan götürmək üçün çalışmalıdır