Bu hadisə 14 oktyabr 1998-də qitələ arası uçuş əsnasında baş verib.Bir qadın təyyarədə zənci bir adamın yanında oturur. Vəziyyətdən məmnun olmayan xanım öz narahatlığını stüardessaya bildirir, belə xoşagəlməz bir insanın yanında otura bilməyəcəyini söyləyir. Stüardessa bütün oturacaqların dolu olduğunu, lakin VİP bölməsindən əmin olmadığını nəzər yetirib qayıdacağını deyir.Zənci isə bu hadisədən çox məyus olsa da cavab verməməyi üstün tutur. Qadın isə birinci bölmədə uçuşa davam edəcəyinin sevinciylə stüardessanı gözləyir.Bir neçə dəqiqə sonra geri qayıdan stüardessa qadına:”VİP-də bir yer tapdım.Heç kim problem yaradan şəxsin yanında oturmaq məcburiyyətində qala bilməz” dedi.Qadın isə zəfər qazanmışcasına yerindən qalxmağa hazırlanırdı. Elə bu zaman stüardessa küncdə əyləşən zənciyə müraciət edərək: “Cənab, sizi təyyarənin VİP bölməsindəki yeni yerinizə aparmaq üçün məni izləyə bilərsiniz? Səyahət firmamız adına kapitan pilotumuz belə xoş olmayan bir hadisə yaradan şəxsin yanında oturmaq məcburiyyətində qaldığınız üçün sizdən üzr istəyir.