İngiltərə “Qrafologiya İnstitutu” etdiyi araşdırmada bir şey dinləyərkən və ya düşünərkən çəkilən təsadüfi “dudl”ların (cızma-qaraların) xarakteri müəyyən etdiyi təsdiqlənir.

Mütəxəssislərin fikrincə, dünyanın hər yerində insanların çəkdiyi qaralamalarda bənzər fiqurları istifadə etməsi təsadüfi deyil və özündə fərqli mənalar daşıyır.

Portret — Qarışıq çəkilmiş sima digərlərinə qarşı inamsız duyğulara, gülərüz ifadəli üz çəkmək isə diqqət cəlb etmək istəyini bəlli edir.

Çiçək — Bir neçə çiçək çəkmək sosiallığı, budağı əyri çiçək çəkmək isə narahatlığı bildirir.

Kəpənək — Heç bir şeyə bağlanmaq istəməyən ruhu və azadlığı təmsil edir.

Ürək — Xüsusi birinə qarşı hissedilən duyğuları ifadə edir.

Addım və ya pilləkən — Bir məqsədə yönəlmiş əzmi və iradəni göstərir. Əlavə olaraq, daha xoşbəxt və rahat olmaq istəyini də.

Ox — Düz çəkilmiş ox hədəflərə əhəmiyyət verməyi, bəzəkli ox isə arzuları bildirir.

Gəmi və təyyarə — Hal-hazırda olduğu vəziyyətdən qaçmaq istəyini aşkar edir.

Ev — Sadə ev cızma-qara etmək təhlükəsizliyə ehtiyacı olduğunu müəyyən etdiyi halda, əyri ev isə həmin şəxsin evindəki narahatlığı bildirir.

Qutu — Vəziyyəti öz nəzarəti altına almaq istəyini göstərir.

Ad — Öz adını yazan adam diqqət mərkəzində olmağı sevir, başqa birinin adını yazmaq isə o insanı düşündüyü mənasına gəlir.

Ziq-zaq — Dairəvi ziq-zaqlar romantik əhvalın, kəskin xətlər isə əsəbi xarakterin göstəricisidir.